Təhsil 365 - Logo Mobile

BDU-nun Tarix fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

9424.02.2026 - 15:17
BDU-nun Tarix fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub” və Tarix fakültəsi nəzdindəki “İstiqlal klubu”nun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə universitetdən məlumat verilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu deyib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutub. Həmin hərbi-siyasi təcavüz zamanı 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülərək işgəncələrə məruz qalıb. Xocalı soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının Xocalı Soyqırımı Günü kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib. Artıq Xocalı soyqırımının qisası alınıb, torpaqlarımız işğaldan azad olunub. Xocalı öz doğma sakinlərini yenidən qoynuna alıb.

BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz hadisələrin şahidi kimi bu faciə ilə heç vaxt barışmayacağını, soyqırımın dünyaya çatdırılması istiqamətində bütün vətəndaşların həmrəylik nümayiş etdirməyinin vacibliyini söyləyib.

Tarix fakültəsinin IV kurs tələbəsi, Xocalıdan olan Aysel Quliyeva faciənin dəhşətləri ilə bağlı fikirlərini bölüşüb.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Mehriban İbadova

Xəbər Lenti

Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib24.02.2026 - 18:45
Direktorların işə qəbulu: 975 nəfər müsahibədə iştirak edəcək24.02.2026 - 18:43
Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq 24.02.2026 - 18:43
"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 24.02.2026 - 18:38
Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb24.02.2026 - 18:35
Rəqəmsal dərsliklərlə məktəb çantaları yüngülləşir24.02.2026 - 18:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub24.02.2026 - 18:26
Latviyada təqaüd proqramı elan edilib24.02.2026 - 18:21
Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim təşkil olunub24.02.2026 - 18:17
AzMİU-nun 50 illiyində dövlət mükafatları təqdim olunub24.02.2026 - 18:13
ADNSU ərazi partiya təşkilatına sədr seçilib24.02.2026 - 18:06
Kəlbəcər şəhərində 33 il sonra çərşənbə tonqalı24.02.2026 - 18:00
Azərbaycan dilinin İKT sahəsində mövcud problemləri araşdırılır24.02.2026 - 18:00
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb24.02.2026 - 18:00
Pişiklər insanları necə “müalicə edir”?24.02.2026 - 17:55
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub24.02.2026 - 17:55
ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycana aid sərgi təşkil edilib24.02.2026 - 17:52
Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib24.02.2026 - 17:51
Fevralın 25-də qar yağacaq, duman olacaq - Proqnoz24.02.2026 - 17:47
Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər24.02.2026 - 17:45
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:40
Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası saymaqlq bitmir24.02.2026 - 17:39
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir24.02.2026 - 17:35
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 17:32
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:30
Nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə töhfə verə bilər24.02.2026 - 17:26
Ekspert: Enjeksion prosedurların yan təsirləri barədə ciddi xəbərdarlıq24.02.2026 - 17:24
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:20
Müəllimlər üçün süni intellekt əsaslı köməkçi hazırlanıb24.02.2026 - 17:20
Ekspert: Azərbaycanda dil tədrisinin prioritetləri dəyişir – İngilis, Rus və Çin dilləri ön plandadır24.02.2026 - 17:18
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:12
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir24.02.2026 - 17:10
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 17:10
Uşağın dərsə marağı azdırsa, valideyn necə davranmalıdır? – Psixoloq açıqladı24.02.2026 - 17:07
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub24.02.2026 - 17:05
2026-cı il sizə nə gətirəcək? Doğum tarixinizə əsaslanan PROQNOZ24.02.2026 - 17:00
BMU ilə ACCA arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub24.02.2026 - 16:55
Azərbaycanlı şagirddən 82 min dollarlıq təqaüd uğuru – İlk azərbaycanlı24.02.2026 - 16:50
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır24.02.2026 - 16:45
Azərbaycanda “Lenovo” infrastrukturu üzərində qurulmuş ilk Superkompüter Mərkəzi istifadəyə verilib24.02.2026 - 16:40
İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?24.02.2026 - 16:35
Niyə yatanda qoxu hiss etmirik? - Beyin dayanır24.02.2026 - 16:29
Pomidorun özü, yoxsa şirəsi faydalıdır24.02.2026 - 16:22
Meteohəssas insanların nəzərinə24.02.2026 - 16:14
BDU-nun Tarix fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb24.02.2026 - 16:10
Qadınlara xəbərdarlıq: Gözəllik üçün etdiyiniz bu prosedur xərçəng yarada bilər24.02.2026 - 16:02
Nazirlik: Bütün təhsil sənədləri tamamilə elektronlaşdırılacaq24.02.2026 - 16:00
Madriddəki Kral Nəbatət bağında Xarıbülbül çiçək açıb24.02.2026 - 15:54