Təhsil 365 - Logo Mobile

Kosmik Vətən anlayışı: Gələcəyin sərhədləri harada çəkilir?

9424.02.2026 - 15:23
Kosmik Vətən anlayışı: Gələcəyin sərhədləri harada çəkilir?

Tarixin elə məqamları olur ki, qərar verə bilməməyin özü də bir qərara çevrilir və həmin qərarın nəticəsi onilliklər boyu millətin taleyini müəyyən edir. Bu gün biz məhz belə bir mərhələdəyik.

Dünya yeni güc sisteminə keçir. Dövlətlərin sərhədləri artıq xəritədə görünən xətlərdən daha geniş məna daşıyır. İnformasiya axını, rabitə kanalları, maliyyə sistemləri, hərbi koordinasiya və enerji şəbəkələri kosmik infrastruktura bağlıdır. Əgər bu infrastruktur sənin nəzarətində deyilsə, suverenliyin də tam deyil. Deməli, qəbul etməliyik ki, gələcəyin sərhədləri torpaq üzərində yox, orbitdə çəkiləcək.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “Kosmik Vətən anlayışı: Gələcəyin sərhədləri harada çəkilir?” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Görünən və görünməyən sərhədlər

Azərbaycan görünən sərhədlərini qorumağın nə demək olduğunu bilir. Xalq olaraq dövlətçiliyin qiymətini yaxşı anlayırıq. Lakin XXI əsrdə təhlükəsizlik yalnız fiziki sərhədlərlə məhdudlaşmır.

Bu gün görünməyən sərhədlər mövcuddur:

- Orbital mövqelər

- Tezlik spektri

- Peyk rabitəsi

- Kosmik müşahidə imkanları

- Naviqasiya sistemləri.

Əgər bu görünməyən sərhədlər üzərində nəzarət zəifdirsə, görünən sərhədlərin sabitliyi də risk altına düşür. Xarici peyk xidmətlərindən asılılıq kritik infrastruktur üçün strateji zəiflik yarada bilər. Göründüyü kimi, dövlət təhlükəsizliyi artıq yalnız yerüstü müdafiə konsepsiyası ilə təmin edilə bilməz.

Rabitə sistemi xaricdən asılıdırsa, müşahidə məlumatları başqa platformalardan əldə olunursa və naviqasiya imkanları milli nəzarətdə deyilsə, dövlət siyasi baxımdan müstəqil görünə bilər, amma strateji baxımdan məhdud və xarici təsirlərə asılıdır.

Müstəqillik sadəcə bayraq, konstitusiya və beynəlxalq tanınma ilə ölçülmür. XXI əsrdə dövlətin həqiqi suverenliyi onun həyati sistemlər üzərində funksional nəzarətindədir. Rabitə, müşahidə, naviqasiya və kosmik infrastruktura sahib olmayan dövlət strateji baxımdan məhdud və xarici təsirlərə tabe olur. Kosmik Vətən anlayışı məhz bu boşluğu doldurur — milli funksional müstəqilliyi kosmik müstəvidə təmin etməyin strateji çərçivəsidir. Əks halda dövlət siyasi baxımdan müstəqil olsa da, funksional baxımdan məhdudlaşmış vəziyyətə düşə bilər.

Kosmik Vətən ərazi genişləndirmə iddiası deyil. Bu, milli funksional suverenliyin kosmik müstəvidə sistemli şəkildə qurulmasıdır. Bu artıq seçim deyil — XXI əsrdə dövlət olaraq dayanıqlı mövcudluğun şərtidir

Orbit diplomatiyası

Yer səthindən təxminən 36 min kilometr yüksəklikdə yerləşən geostasionar orbitdəki 46° şərq uzunluğu orbital mövqeyi 2023-cü ildən etibarən Azərbaycana məxsusdur. Ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” isə bundan on il əvvəl həmin nöqtədə Malayziya administrasiyasına məxsus orbital resurs üzərindən C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Əgər o dövr Azərbaycanın kosmosda əməliyyat iştirakını ifadə edirdisə, 2023-cü il bu mövqenin hüquqi və texniki baxımdan milli nəzarətə keçməsi ilə ölkənin geostasionar orbitdə ilk suveren orbital mövqeyini rəsmiləşdirdi.

Qeyd etməliyəm ki, ölkəmizin kosmik mühitdə resursları məhduddur. Orbital mövqelər və tezlik spektri sonsuz deyil. Hamıdan əvvəl hərəkət etməliyik ki, mövqelərimizi daha da genişləndirə bilək. Bu istiqamətdə kim geciksə, o, başqasının qurduğu kosmik ekosistemə qoşulmağa məcbur olacaq. Strateji boşluq isə uzun müddət boş qalmır — onu daha çevik iştirakçılar doldurur.

Bu səbəbdən orbit diplomatiyası Kosmik Vətən strategiyasının hüquqi və geosiyasi təminat alətidir.

Hazırlanacaq orbit diplomatiyası milli orbital hüquqların qorunması ilə yanaşı, beynəlxalq kosmik mexanizmlərdə aktiv iştirakı, tezlik resurslarının effektiv qeydiyyatını və regional əməkdaşlıq təşəbbüslərini təmin etməlidir. Kosmik məkanda passivlik strateji risk deməkdir.

İnkişaf etmiş ölkələrdə artıq süni zəka sistemləri kosmik məlumatlarla işləyir.

Rəqəmsal iqtisadiyyat peyk infrastrukturu üzərində qurulur və müasir təhlükəsizlik konsepsiyaları kosmik inteqrasiya tələb edir.

Yeni qurulan kosmik ekosistemdə iki seçimimiz var: qaydaları yazan tərəf olmaq və ya yazılmış qaydalara uyğunlaşan tərəf olmaq. Seçim öz əlimizdədir. Əgər təşəbbüs göstərməsək, sabah qaydaları başqaları müəyyən edəcək.

Kosmik Vətən strategiyası yalnız təhlükəsizlik məsələsi deyil. Bu, milli inkişaf modelinin növbəti mərhələsidir. Bu yanaşma Azərbaycanın regional texnoloji liderlik imkanlarını genişləndirə və rəqəmsal iqtisadiyyatın dəyər zəncirində mövqeni möhkəmləndirə bilər. Beləliklə, Kosmik Vətən konsepsiyası təhlükəsizlik, iqtisadiyyat və geosiyasi baxımdan kompleks strateji çərçivədir.

Tarix xalqlara nadir hallarda ikinci şans verir. Əminliklə bildirirəm ki, bu gün kosmik strategiya barədə düşünməyən millət sabah kosmik qərarlara tabe olacaq. Bu sahədə strateji iradə göstərməyən dövlət sabah başqasının strateji planının icraçısına çevriləcək.

Kosmik Vətən anlayışı emosional çağırış deyil - bu, funksional suverenliyin təmin olunması üçün strateji zərurətdir. Geosiyasi vəziyyətə baxdıqda, bu sahədə vaxt bizim xeyrimizə işləmir. Bu səbəbdən orbitdə nəzarətsiz qalan mövqelərin uzun zaman boş qalmayacağını, strateji boşluqların dərhal doldurulacağını anlamalıyıq.

Qarşımızda iki seçim var -ya biz orbitdə güc sahibi olacağıq, ya da orbitdə qurulan gücdən asılı qalacağıq. Qərar artıq verilməlidir.

Mehriban İbadova

Xəbər Lenti

Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 10:20
Direktorlar üçün təlim-seminarlara start verilib - FOTO25.02.2026 - 10:10
“Şagirdlərdə diqqət problemi artıb” - Validə Quliyeva25.02.2026 - 09:55
“Xocalıda gördüklərim və yaşadıqlarım yaddaşımdan silinməz" - I Qarabağ müharibəsi veteranı25.02.2026 - 09:45
Ramazanda xurma istehlakının faydaları 25.02.2026 - 09:40
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib25.02.2026 - 09:29
Azərbaycanda qurum direktoru vəfat etdi25.02.2026 - 09:19
Leyla Əliyeva və Alena Əliyeva Cümə məscidini ziyarət ediblər - FOTO25.02.2026 - 09:13
Bu şəxslərə oruc tutmaq tövsiyə edilmir25.02.2026 - 09:05
Şagirdlərin elektron yerdəyişməsi başlayır25.02.2026 - 08:56
Moskvada Leyla Əliyeva adından iftar verildi - FOTO25.02.2026 - 08:48
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının evində - FOTO25.02.2026 - 08:39
Planetlərin paradı bu tarixdə baş tutacaq25.02.2026 - 08:32
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub - FOTO25.02.2026 - 08:20
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 08:11
Taksi sürücüləri üçün imtahan olacaq25.02.2026 - 08:04
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 07:55
Ramazan ayında sağlam qidalanma necə olmalıdır?25.02.2026 - 07:48
Uşaqlarda yorğunluğun əsas səbəbləri 25.02.2026 - 07:40
Elgiz və Tolikin verilişi bağlanır25.02.2026 - 07:31
Günəş fırtınaları zəlzələlərə səbəb olur? - alimlərdən yeni iddia 25.02.2026 - 07:25
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 07:18
Yanvarda maqnit fırtınalarının sayında rekord qeydə alınıb25.02.2026 - 07:12
Bu günün hava proqnozu 25.02.2026 - 07:05
Təhsil Katibi Tələbə Kreditlərinin Ödəniş Həddinin Dondurulmasını Müdafiə Edib25.02.2026 - 07:00
BSU ilə ADNSU birgə layihələrə başlayır25.02.2026 - 06:46
İngiltərədə Himayədəki Uşaqlar Təhsildən Kənarda Qalır25.02.2026 - 06:36
Milli Qəhrəman Əlif Hacıyevin xatirəsi yad edilir25.02.2026 - 06:18
Milli Qəhrəman Aqil Quliyevin xatirəsi anılır25.02.2026 - 06:00
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun xatirəsi anılır25.02.2026 - 05:42
Xalq artisti Əlibaba Məmmədovun xatirəsi ehtiramla anılır25.02.2026 - 05:18
Görkəmli dilçi-türkoloq Həsən Mirzəyev yad edilir25.02.2026 - 05:06
Olimpiyaçı güllə atıcısı İradə Aşumovanın doğum günü qeyd olunur25.02.2026 - 04:54
Görkəmli qoboyçu və alim Azər Abdullayevin xatirəsi anılır25.02.2026 - 04:36
Azərbaycanın tanınmış dövlət xadimi Tofiq Bağırovun xatirəsi yad olunur25.02.2026 - 04:18
Bakıda realist teatr-dekorasiya sənətinin banilərindən olan Rüstəm Mustafayevin xatirəsi anılır25.02.2026 - 04:00
Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək24.02.2026 - 19:57
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb24.02.2026 - 19:55
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir24.02.2026 - 19:52
Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir24.02.2026 - 19:47
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək24.02.2026 - 19:43
2900-dən çox məktəb sürətli internetlə təmin olunub24.02.2026 - 19:38
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib24.02.2026 - 19:32
myGov-la təhsil xidmətlərinə daha asan çıxış təmin edilir24.02.2026 - 19:25
Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır24.02.2026 - 19:19
Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq24.02.2026 - 19:15
Davamlı qiymətləndirmə şagirdlərdə təzyiq hissini artırır? – Psixoloqdan açıqlama24.02.2026 - 19:10
37 özəl təhsil müəssisəsi lisenziyalaşdırılmada iştirak edib24.02.2026 - 19:04