Təhsil 365 - Logo Mobile

Data mərkəzləri və süni intellekt Azərbaycanın rəqəmsal iqtisadiyyatının əsas katalizatoruna çevriləcək – Şərh

9524.02.2026 - 15:31
Data mərkəzləri və süni intellekt Azərbaycanın rəqəmsal iqtisadiyyatının əsas katalizatoruna çevriləcək – Şərh

Azərbaycanda data mərkəzlərinin yaradılması və süni intellekt texnologiyalarının tətbiqi təkcə texnoloji modernləşmə deyil, ölkə iqtisadiyyatının struktur transformasiyası üçün strateji alətdir.

Data mərkəzləri və süni intellekt rəqəmsal iqtisadiyyatın əsas infrastruktur elementləri hesab olunur və bu sahələrə yatırımlar ölkədə məlumatların təhlükəsiz saxlanılması və emalı üçün etibarlı baza formalaşdırır. Bu infrastruktur dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını sürətləndirir, biznes proseslərinin optimallaşdırılmasına şərait yaradır, rəqəmsal sürətin artmasına və idarəetmədə səmərəliliyin yüksəlməsinə xidmət edir.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədov Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Professor qeyd edib ki, data mərkəzlərinin qurulması və süni intellektin geniş tətbiqi Azərbaycanın iqtisadiyyatına bir sıra strateji üstünlüklər qazandıra bilər. Bu proses ilk növbədə informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafını sürətləndirir, yüksək əlavə dəyər yaradan xidmətlərin formalaşmasına imkan yaradır və ölkənin rəqəmsal ixrac potensialını artırır. Texnoloji sektorun inkişafı iqtisadi artım üçün yeni mənbəyə çevrilə bilər.

Zahid Məmmədov bildirib ki, süni intellektin tətbiqi sənaye proseslərinin optimallaşdırılması, logistika və təchizat zəncirinin səmərəliliyinin artırılması, elektron idarəetmənin təkmilləşdirilməsi, maliyyə risklərinin daha dəqiq qiymətləndirilməsi, eləcə də kənd təsərrüfatında “ağıllı” texnologiyaların tətbiqi kimi mühüm nəticələr verə bilər. Bu yanaşma xərclərin azaldılmasına, resurslardan daha səmərəli istifadəyə və qərarvermə keyfiyyətinin yüksəlməsinə imkan yaradır.

Ekspert vurğulayıb ki, xüsusilə maliyyə sektorunda fırıldaqçılıq risklərinin azaldılması, rəqəmsal bankçılığın inkişafı üçün geniş imkanlar formalaşır. Eyni zamanda, bu infrastruktur xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərir və Azərbaycanın coğrafi-strateji mövqeyinin texnoloji dəyərini artırır.

Zahid Məmmədov qeyd edib ki, data mərkəzlərinin inşası və süni intellekt texnologiyalarının tətbiqi Azərbaycanın rəqəmsal transformasiyasının əsas katalizatoruna çevrilib, məhsuldarlığı artıra və iqtisadi diversifikasiyanı gücləndirə bilər: “Bu proses nəticə etibarilə neft kapitalının mərhələli şəkildə insan kapitalına çevrilməsi üçün real imkanlar yaradır. Gələcək rəqabət insan kapitalı üzərində qurulacaq və bu keçid üçün ölkədə artıq geniş potensial formalaşır”.

Mehriban İbadova

Xəbər Lenti

2012-ci ildə Qubada baş verən iğtişaşlar01.03.2026 - 06:36
Hicran Hüseynov – Azərbaycan efir məkanının unudulmaz səsi01.03.2026 - 06:18
Lütviyyə Səfərova – Azərbaycan səhnəsinin tanınmış siması01.03.2026 - 06:00
Kamil Əliyev – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:42
Qəzənfər Xalıqov – Azərbaycan peşəkar rəssamlığının öncüllərindən01.03.2026 - 05:18
Cahan Talışinskaya – muğam sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:06
Milad Beygi – Olimpiya mükafatçısı və beynəlxalq turnirlərin qalibi01.03.2026 - 04:54
Hamlet İsaxanlı – elm və ədəbiyyatı birləşdirən polimat01.03.2026 - 04:36
Voyager qızıl plastinkasına düşən azərbaycanlı musiqiçi – Kamil Cəlilov01.03.2026 - 04:18
Elmira Qafarova – Müstəqillik dövrünün ilk qadın parlament sədri01.03.2026 - 04:00
Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30
Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib28.02.2026 - 17:27
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:20
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 17:16
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:09
“Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri”28.02.2026 - 17:02
ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində28.02.2026 - 16:55
Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib28.02.2026 - 16:46
İrana qarşı kütləvi kiberhücum başladı28.02.2026 - 16:38
Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət28.02.2026 - 16:36
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?28.02.2026 - 16:00
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Abşeronda regional təhsil konfransı keçirilib28.02.2026 - 15:30
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20