Nilüfər Hüseynli dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı olub.
“Tehsil365” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Məlumata görə, Nilüfər Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi oub.
O, güclü intellektual bacarıqları və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilib.
Universitet tələbələrinin yarısı Çindən, digər yarısı isə dünyanın müxtəlif ölkələrindən seçilir.
Onun 82 min ABŞ dolları məbləğində təqaüd alacaq.

