Təhsil 365 - Logo Mobile

BMU ilə ACCA arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

3724.02.2026 - 16:55
BMU ilə ACCA arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) nümayəndələri ilə görüş keçirilib.


“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ACCA ilə gələcək əməkdaşlıq istiqamətləri, tələbələr üçün beynəlxalq sertifikatlaşdırma məsələləri müzakirə olunub.


BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, universitetin əsas prioritetlərindən biri tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və tələbələrin rəqabətqabiliyyətli kadr kimi formalaşdırılmasıdır. Bu baxımdan beynəlxalq əməkdaşlıqların genişləndirilməsinin universitetin strateji inkişaf xəttinin mühüm tərkib hissəsi olduğunu deyən rektor ACCA kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığın önəmini vurğulayıb. Bu əməkdaşlığın BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün karyera baxımından yeni imkanlar açdığını fikirlərinə əlavə edən Yaqub Piriyev tələbələrin maliyyə və mühasibatlıq sahəsində beynəlxalq səviyyədə tanınan sertifikatlara yiyələnmək, bilik və bacarıqlarını qlobal standartlara uyğun şəkildə inkişaf etdirmək imkanı qazandıqlarını söyləyib. Bir çox nüfuzlu beynəlxalq və yerli şirkətlərin müvafiq sahələr üzrə kadr seçimində ACCA-nın aidiyyəti fənlər üzrə imtahan verərək sertifikat əldə etmiş namizədlərinə üstünlük verdiklərini deyən rektor assosiasiya ilə əməkdaşlığın daha intensiv və sistemli xarakter alması üçün mövcud imkanlara diqqət çəkib.


ACCA-nın Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Senem Ross-Forrester və Avrasiya, Yaxın Şərq əlaqələri (təhsil) üzrə rəhbəri Tariro Masukumen qurum haqqında məlumat veriblər. Bildirilib ki, 180-dən çox ölkədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq peşəkar mühasibatlıq təşkilatı olan Assosiasiyanın 258 mindən çox üzvü və 500 mindən çox qeydiyyatdan keçmiş tələbəsi var. Qonaqlar, eyni zamanda ACCA tərəfindən BMU tələbələri üçün edilmiş güzəştlərdən danışıblar. Təşkilat nümayəndələri, həmçinin BMU ilə əməkdaşlıqdan məmnunluqlarını və tələbələrin səviyyəsinin yüksək olduğunu ifadə ediblər.


Görüş çərçivəsində BMU-da ACCA proqramlarının tətbiqi ilə bağlı məsələlər, habelə birgə seminar və təlimlərin təşkili, eləcə də peşəkar inkişaf proqramları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, universitetin İqtisadiyyat və idarəetmə fakültəsi ilə son tədris ilində əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, bunun nəticəsi olaraq tələbələr üçün ACCA tərəfindən tətbiq olunan güzəştlər, müvafiq fənlər üzrə xüsusi təlimlərin təşkili və s. nəzərdən keçirilib.

Fatimə Cəfərzadə

Xəbər Lenti

MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 19:18
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:08
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub25.02.2026 - 19:05
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 18:32
Səbinə Məlikova: Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməməlidir25.02.2026 - 18:30
Sabah hava yağmursuz olacaq25.02.2026 - 18:29
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib25.02.2026 - 18:23
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 18:16
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər25.02.2026 - 18:10
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər25.02.2026 - 18:08
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama25.02.2026 - 18:05
Xocalı şahidi Tahirə Hüseynova: “Uşaqlığımızı müharibə aldı”25.02.2026 - 18:05
Təhsil Nazirliyi 1 milyonluq tender elan edib25.02.2026 - 18:04
Onlar Fəxri diplomla təltif olundular25.02.2026 - 18:00
Gecə işləmək təhlükəlidir25.02.2026 - 18:00
“Xocalı: Əsir uşaqlıq” sənədli filmi təqdim edilib25.02.2026 - 17:51
Kimlərə oruc tutmaq olmaz? - Orqanizmə təsirləri25.02.2026 - 17:50
Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır25.02.2026 - 17:47
Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub25.02.2026 - 17:45
A-dan Z-yə internet: Media üçün praktik təlim25.02.2026 - 17:42
Depressiya riskini artıran pis vərdiş25.02.2026 - 17:38
Azərbaycan Teatr Xadimləri İttifaqında “Xocalını unutmadıq” tamaşası təqdim edilib25.02.2026 - 17:34
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb25.02.2026 - 17:30
Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib25.02.2026 - 17:24
Yazı 40 min il öncə icad edilmiş ola bilər - Yeni araşdırma25.02.2026 - 17:22
Beynəlxalq müsabiqələr laureatının ilk solo konserti: Milli İncəsənət Muzeyində klassik musiqi axşamı25.02.2026 - 17:18
Kimya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb25.02.2026 - 17:12
Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq25.02.2026 - 17:11
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrə Konfederasiyasında anılıb25.02.2026 - 17:05
“Atası Xocalıda polis olub, oğlu bu gün Xocalıda polisdir – faciənin şahidindən unudulmaz xatirələr”25.02.2026 - 17:00
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib25.02.2026 - 16:50
Qazax Dövlət Dram Teatrında “Xocalı harayı” təqdim olunub25.02.2026 - 16:40
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik25.02.2026 - 16:35