“Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə müəllimlərə dəstək üçün hazırlanmış “Copilot” tətbiqi təhsil mühitinin tələblərinə uyğunlaşdırılmış süni intellekt alətidir”.
“Tehsil365” Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, “Rəqəmsal məktəb” platformasında təqdim edilən “Copilot” kurikulum əsaslıdır və yerli təhsil ehtiyacları nəzərə alınmaqla hazırlanıb: “Bu texnologiya tədris materiallarının hazırlanmasına, mürəkkəb mətnlərin təhlilinə, dərslərin planlaşdırılmasına, ideyaların strukturlaşdırılmasına, rəqəmsal məzmunun yaradılmasına imkan verir”.

