Təhsil 365 - Logo Mobile

Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub

10924.02.2026 - 17:32
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub

Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filminin təqdimatı keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, film Azərbaycan Respublikasının Audiovizual Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan filmin ideya və ssenari müəllifi Gülzar Mustafayeva bildirib ki, ekran əsərinin ideyası uzun müddət ərzində formalaşıb və tədricən tam bir layihəyə çevrilib. O bildirib ki, filmin əsas məqsədi müharibələrin və faciələrin ən ağır yükünü daşıyan anaların, qadınların yaşadığı dərin və sağalmayan ağrını göstərməkdir.

“Belə bir qənaətə gəlmişdim ki, hər bir müharibənin, hər bir faciənin ən ağır yükü anaların üzərinə düşür. İstər cəbhədə, istərsə də arxa cəbhədə – hər bir ölümün arxasında bir ana dayanır. O ana ki, övladını dünyaya gətirir və sonra həmin sağalmayan yaranın ağrısı ilə bir ömür boyu yaşayır”, - deyə o vurğulayıb.

Ssenaristin sözlərinə görə, üç ölkədə lentə alınan film üç xalqı birləşdirən ortaq ağrını nümayiş etdirir. İkinci Dünya müharibəsi, keçmiş Yuqoslaviya müharibəsi və 1992-ci ildə baş vermiş Xocalı faciəsi – zaman və məkan fərqli olsa da, hər birində insanlıq eyni vəhşiliklə üz-üzə qalıb. Hər bir faciədə ən ağır zərbə dinc insanlara, xüsusilə də analara dəyib.

Gülzar Mustafayeva filmin ərsəyə gəlməsində əməyi və dəstəyi olan hər kəsə dərin təşəkkürünü bildirib.

Sənədli filmin quruluşçu rejissoru Məzahir Həşimov çıxışında qeyd edib ki, ekran əsərinin fərqi üç faciənin vahid kontekstdə təqdim olunmasıdır. Onun sözlərinə görə, aparılan paralellərin əsas məqsədi tarixi hadisələrin miqyasını müqayisəli şəkildə göstərməkdir: “Əgər tərəzinin bir gözünə digər faciələri qoyuruqsa, o biri gözündə Xocalı faciəsinin də ağırlığını görmək lazımdır. Çalışdıq ki, bu tarazlığı və həmin ağrının miqyasını film vasitəsilə tamaşaçıya çatdıraq”.

“Xocalı. Üç faciə – bir ağrı” adlı ekran əsəri XX əsrin üç məşhur faciəsinə – 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımına, 10 iyun 1942-ci ildə Çexiyanın Liditse kəndinin məhv edilməsinə və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində törədilmiş qətliama həsr olunub. Filmin müəllifi bu hadisələr arasında paralellər apararaq İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkir.

Film üzərində iş prosesi çərçivəsində çəkiliş qrupu Çexiya, Bosniya və Herseqovinada olub, Liditse Memorial Kompleksini və Terezin həbs düşərgəsini, həmçinin Srebrenitsa memorialını ziyarət edib. Praqa və Liditsedə tarixçilərlə, Srebrenitsa və Xocalı faciələrinin şahidləri ilə görüşlər keçirilib.

Filmin operatorları Vüsal Ələkbərov və Samir Nuralıyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri isə Vüqar Xəlilovdur.

Çəkiliş qrupu filmin hazırlanmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyinə, Çex Respublikasının ölkəmizdəki konsulluğuna, Liditse Memorialının rəhbərliyinə, Praqa Hərbi Tarix İnstitutuna, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinə, M.F.Axundzafə adına Milli Kitabxanaya, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, eləcə də Azərbaycan Respublikasının Audiovizual Şurasına təşəkkürünü bildirir.

Qeyd edək ki, fevralın 25-dən etibarən film CBC TV-nin efirində yayımlanacaq.

Mehriban İbadova

Xəbər Lenti

ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:39
Bu gün Ümumdünya Hemofiliya Günüdür17.04.2026 - 08:30
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində17.04.2026 - 08:20
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya17.04.2026 - 08:09
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?17.04.2026 - 08:00
Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb17.04.2026 - 07:54
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar17.04.2026 - 07:45
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri 17.04.2026 - 07:36
Bu günün hava proqnozu17.04.2026 - 07:29
ADU-da “Müasir dövrün aktual problemləri” mövzusunda elmi seminar keçirilib17.04.2026 - 07:21
“Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda tədbir keçirilib17.04.2026 - 07:12
“Qarabağ” 2017-ci ildə Azərbaycan Premyer Liqasının çempionu oldu17.04.2026 - 07:00
Emil Balayev – Azərbaycan futbolunun təcrübəli qapıçılarından biri17.04.2026 - 06:36
Ramiz Mirişli – Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar17.04.2026 - 06:18
Bakı Slavyan Universitetində inklüzivlik mövzusunda görüş17.04.2026 - 06:12
Sabir Əhmədli – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi17.04.2026 - 06:00
Baba Pünhan – Azərbaycan qəzəl poeziyasının tanınmış nümayəndəsi17.04.2026 - 05:42
Qeysər Kaşıyeva – Azərbaycan təsviri sənətində ilk qadın rəssamlardan biri17.04.2026 - 05:18
Cənnət Əliyev – SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tarixə düşən azərbaycanlı17.04.2026 - 05:06
Lütfiyar İmanov – Azərbaycan opera sənətinin unudulmaz səsi17.04.2026 - 04:54
Mehdi Hüseyn – Azərbaycan ədəbiyyatının görkəmli siması17.04.2026 - 04:36
Adilə Şahtaxtinskaya – Azərbaycan tibb tarixində ilk qadın professor17.04.2026 - 04:18
Zülfüqar Hacıbəyov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi17.04.2026 - 04:00
Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02