ABŞ-nin Corc Vaşinqton Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə ölkəmizin tarixi və mədəni dəyərlərini əks etdirən sərgi təşkil olunub.
“Tehsil365“ Report-a istinadən xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin "X"dəki hesabında məlumat yayılıb.
Sərgidə Bakı və Qazax xalçaları, milli geyim nümunələri, o cümlədən əl ilə toxunan corablar, eləcə də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən kəlağayılar nümayiş olunub.
Bundan əlavə, azərbaycanlı rəssamların "İpək Yolu" hekayələrindən ilhamlanaraq yağlı boya ilə çəkdikləri əsərləri ziyarətçilərə təqdim edilib.

