Təhsil 365 - Logo Mobile

AzMİU-nun 50 illiyində dövlət mükafatları təqdim olunub

7224.02.2026 - 18:13
AzMİU-nun 50 illiyində dövlət mükafatları təqdim olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi münasibətilə universitet əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş yüksək dövlət mükafatlarının təqdimat mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə mükafatları elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.Çıxışı zamanı nazir AzMİU-nun 50 illik yubileyinin ölkənin ali təhsil tarixində mühüm hadisə olduğunu vurğulayıb, universitetin keçdiyi inkişaf yolunu xatırladıb. O, AzMİU məzunlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qazandıqları uğurlardan bəhs edərək, universitetin elmi-pedaqoji potensialının Azərbaycanın insan kapitalının formalaşmasında mühüm rol oynadığını bildirib. Nazir yüksək dövlət mükafatına layiq görülən əməkdaşları təbrik edib, bu yüksək qiymətləndirməyə görə təhsil ictimaiyyəti adından möhtərəm cənab Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, AzMİU təhsil və tədqiqat sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi ölkədə mühəndislik, memarlıq və şəhərsalma istiqamətlərinin inkişafına mühüm töhfələr verir. Çıxışdan sonra elm və təhsil naziri tərəfindən yüksək dövlət mükafatları sahiblərinə təqdim olunub. Tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Universitet kollektivinə göstərilən ali diqqət və etimada görə dövlət başçısına minnətdarlığını bildirib, Prezidentə ölkəmiz və xalqımız naminə yeni-yeni qələbələr arzulayıb. Rektor vurğulayıb ki, hazırda universitetin əsas hədəflərindən biri tədqiqat universiteti modelinin daha da gücləndirilməsidir.

Bildirilib ki, bakalavr təhsilində sabitlik təmin olunub, növbəti mərhələdə magistratura səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi, elmi tədqiqatların genişləndirilməsi əsas prioritetlərdəndir. Rəqəmsal çağırışlar, süni intellekt və innovativ texnologiyaların tədris və tədqiqat prosesinə inteqrasiyası AzMİU-nun strateji inkişaf xəttinin mühüm istiqamətləri kimi qeyd edilib. Tədbirin sonunda elm və təhsil naziri, nazir müavinləri və yüksək dövlət mükafatına layiq görülən AzMİU əməkdaşlarının iştirakı ilə xatirə fotosu çəkdirilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək24.02.2026 - 19:57
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb24.02.2026 - 19:55
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir24.02.2026 - 19:52
Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir24.02.2026 - 19:47
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək24.02.2026 - 19:43
2900-dən çox məktəb sürətli internetlə təmin olunub24.02.2026 - 19:38
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib24.02.2026 - 19:32
myGov-la təhsil xidmətlərinə daha asan çıxış təmin edilir24.02.2026 - 19:25
Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır24.02.2026 - 19:19
Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq24.02.2026 - 19:15
Davamlı qiymətləndirmə şagirdlərdə təzyiq hissini artırır? – Psixoloqdan açıqlama24.02.2026 - 19:10
37 özəl təhsil müəssisəsi lisenziyalaşdırılmada iştirak edib24.02.2026 - 19:04
Hansı ölkədə internet yoxdur və harada “kilid altında”dır?24.02.2026 - 19:00
“Clothes and Colours” açıq dərsindən pedaqoji qeydlər24.02.2026 - 18:54
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 18:53
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib24.02.2026 - 18:50
Buraxılış imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!24.02.2026 - 18:49
Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib24.02.2026 - 18:45
Direktorların işə qəbulu: 975 nəfər müsahibədə iştirak edəcək24.02.2026 - 18:43
Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq 24.02.2026 - 18:43
"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 24.02.2026 - 18:38
Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb24.02.2026 - 18:35
Rəqəmsal dərsliklərlə məktəb çantaları yüngülləşir24.02.2026 - 18:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub24.02.2026 - 18:26
Latviyada təqaüd proqramı elan edilib24.02.2026 - 18:21
Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim təşkil olunub24.02.2026 - 18:17
ADNSU ərazi partiya təşkilatına sədr seçilib24.02.2026 - 18:06
Azərbaycan dilinin İKT sahəsində mövcud problemləri araşdırılır24.02.2026 - 18:00
Kəlbəcər şəhərində 33 il sonra çərşənbə tonqalı24.02.2026 - 18:00
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb24.02.2026 - 18:00
Pişiklər insanları necə “müalicə edir”?24.02.2026 - 17:55
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub24.02.2026 - 17:55
ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycana aid sərgi təşkil edilib24.02.2026 - 17:52
Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib24.02.2026 - 17:51
Fevralın 25-də qar yağacaq, duman olacaq - Proqnoz24.02.2026 - 17:47
Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər24.02.2026 - 17:45
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:40
Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası saymaqlq bitmir24.02.2026 - 17:39
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir24.02.2026 - 17:35
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 17:32
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:30
Nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə töhfə verə bilər24.02.2026 - 17:26
Ekspert: Enjeksion prosedurların yan təsirləri barədə ciddi xəbərdarlıq24.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı köməkçi hazırlanıb24.02.2026 - 17:20
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:20
Ekspert: Azərbaycanda dil tədrisinin prioritetləri dəyişir – İngilis, Rus və Çin dilləri ön plandadır24.02.2026 - 17:18
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:12