Təhsil 365 - Logo Mobile

Direktorların işə qəbulu: 975 nəfər müsahibədə iştirak edəcək

7324.02.2026 - 18:43
Direktorların işə qəbulu: 975 nəfər müsahibədə iştirak edəcək

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Bu barədə “Tehsil365"ə MÜTDA-dan məlumat verilib.

Məlum olduğu kimi ötən ilin oktyabr-noyabr aylarında direktorların işə qəbulu üzrə müsabiqənin ərizə qəbulu mərhələsinə başlanıldı. Müsabiqəyə ümumilikdə 3036 nəfər müraciət etmiş, onların arasında müsabiqə qaydalarına uyğun, habelə ixtisas bilikləri imtahanından uğurla keçmiş ümumilikdə 975 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanmışdır.

Bildirmək istərdik ki, müsahibə mərhələsinə namizədlər qaydalara uyğun olaraq ardıcıllıq prinsipi əsasında mərhələli şəkildə dəvət edilir. Ardıcıllıqlar namizədin müraciət etdiyi təhsil müəssisəsinin şagird sayından asılı olaraq dəyişir. Namizədlərin liderlik və strateji idarəetmə bacarıqları, pedaqoji və tədris bacarıqları, idarəçilik və təşkilatçılıq bacarıqları, ünsiyyət və əlaqə bacarıqları, problemlərin həlli və qərarvermə bacarıqları, rəqəmsal və texnoloji bacarıqları, sosial və emosional bacarıqları daxil olmaqla ümumilikdə 7 meyar üzrə bacarıqları müvafiq komissiya üzvləri tərəfindən qiymətləndirilir. Komissiyyaların rəyinə əsasən direktor vəzifəsinə uyğun olan namizədlər ardıcıllığa müvafiq olaraq iddia etdikləri təhsil müəssisələrinə təyin ediləcəklər.

Şagird sayı 501-dən çox olan müəssisələrə, eləcə də lisey, gimnaziya, internat tipli lisey və internat tipli gimnaziyalar üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı aşağıdakı kimidir:

1. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktorlar, vakansiyanın mövcud olduğu müəssisədə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

2. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. vakansiyanın mövcud olduğu müəssisələrdə çalışan müəllimlər;

4. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Şagird sayı 500-dək olan müəssisələr üzrə namizədlərin müsahibə mərhələsinə dəvət ardıcıllığı isə aşağıdakı formadadır:

1. vakansiyanın mövcud olduğu təhsil müəssisəsində çalışan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar və müəllimlər;

2. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

3. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan direktor, direktor müavinləri və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar;

4. vakansiyanın mövcud olduğu rayon (şəhər) üzrə müəssisələrdə çalışan müəllimlər;

5. vakansiyanın mövcud olduğu müəssisənin tabe olduğu yerli bölmə üzrə müəssisələrdə çalışan müəllimlər;

6. müvafiq tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları.

Qeyd edək ki, müsahibə mərhələsində uğur qazanan namizədlərin vakant müəssisələrə təyin edilməsinin də yuxarıdakı ardıcıllığa müvafiq olaraq keçirilməsini nəzərə alaraq bütün vakansiyalar üzrə yuxarıda göstərilən mərhələlərin hər birinin keçirilməsi zəruri deyil.

Nərmin Mustafayeva

Xəbər Lenti

Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək24.02.2026 - 19:57
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb24.02.2026 - 19:55
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir24.02.2026 - 19:52
Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir24.02.2026 - 19:47
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək24.02.2026 - 19:43
2900-dən çox məktəb sürətli internetlə təmin olunub24.02.2026 - 19:38
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib24.02.2026 - 19:32
myGov-la təhsil xidmətlərinə daha asan çıxış təmin edilir24.02.2026 - 19:25
Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır24.02.2026 - 19:19
Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq24.02.2026 - 19:15
Davamlı qiymətləndirmə şagirdlərdə təzyiq hissini artırır? – Psixoloqdan açıqlama24.02.2026 - 19:10
37 özəl təhsil müəssisəsi lisenziyalaşdırılmada iştirak edib24.02.2026 - 19:04
Hansı ölkədə internet yoxdur və harada “kilid altında”dır?24.02.2026 - 19:00
“Clothes and Colours” açıq dərsindən pedaqoji qeydlər24.02.2026 - 18:54
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 18:53
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib24.02.2026 - 18:50
Buraxılış imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!24.02.2026 - 18:49
Parlamentdə kibercinayətkarlıqla bağlı cəzaların sərtləşdirilməsi təklif edilib24.02.2026 - 18:45
Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq 24.02.2026 - 18:43
"Rəqəmsal məktəb" istifadəçiləri 900 mini keçib 24.02.2026 - 18:38
Direktorların işə qəbulu üzrə 975 nəfər müsahibədə iştirak hüququ qazanıb24.02.2026 - 18:35
Rəqəmsal dərsliklərlə məktəb çantaları yüngülləşir24.02.2026 - 18:32
“SGS Azerbaijan” MMC-nin nümayəndə heyəti ADNSU-da olub24.02.2026 - 18:26
Latviyada təqaüd proqramı elan edilib24.02.2026 - 18:21
Azərbaycan Universitetində “Süni zəka” mövzusunda təlim təşkil olunub24.02.2026 - 18:17
AzMİU-nun 50 illiyində dövlət mükafatları təqdim olunub24.02.2026 - 18:13
ADNSU ərazi partiya təşkilatına sədr seçilib24.02.2026 - 18:06
WUF13 çərçivəsində yaşıl enerji təminatı üzrə “AzərEnerji” ilə memorandum imzalanıb24.02.2026 - 18:00
Azərbaycan dilinin İKT sahəsində mövcud problemləri araşdırılır24.02.2026 - 18:00
Kəlbəcər şəhərində 33 il sonra çərşənbə tonqalı24.02.2026 - 18:00
Pişiklər insanları necə “müalicə edir”?24.02.2026 - 17:55
Şəkidə şəhid Elnur İsmayılovun 25 illik yubileyi qeyd olunub24.02.2026 - 17:55
ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycana aid sərgi təşkil edilib24.02.2026 - 17:52
Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib24.02.2026 - 17:51
Fevralın 25-də qar yağacaq, duman olacaq - Proqnoz24.02.2026 - 17:47
Qarabağın Cavanşirlər nəslindən olan pakistanlı qonaqlar Ədəbiyyat Muzeyini ziyarət ediblər24.02.2026 - 17:45
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:40
Müharibəyə gedən əsgərlər istifadə edirmiş - Faydası saymaqlq bitmir24.02.2026 - 17:39
Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir24.02.2026 - 17:35
Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filmi təqdim olunub24.02.2026 - 17:32
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:30
Nərəkimilərin akvakultura şəraitində yetişdirilməsi aqrar sektorun şaxələndirilməsinə töhfə verə bilər24.02.2026 - 17:26
Ekspert: Enjeksion prosedurların yan təsirləri barədə ciddi xəbərdarlıq24.02.2026 - 17:24
Müəllimlər üçün süni intellekt əsaslı köməkçi hazırlanıb24.02.2026 - 17:20
BDU-nun tələbələri “Holberton School”un təqaüd proqramının qalibidir24.02.2026 - 17:20
Ekspert: Azərbaycanda dil tədrisinin prioritetləri dəyişir – İngilis, Rus və Çin dilləri ön plandadır24.02.2026 - 17:18
BDU ilə İƏT-in Təmiz Enerji Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb24.02.2026 - 17:12