Naxçıvanda yeni imtahan mərkəzləri yaradılacaq.
“Tehsil365" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövrü ilə bağlı keçirilən brifinqdə təhsil naziri Elxan Nəcəfov məlumat verib.
O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin test imtahanları Naxçıvan şəhər 4, 10 və 11 nömrəli tam orta məktəblərdə, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

