Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərovin xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 1906-cı il iyulun 10-da Cavad qəzasının Ballıcalı kəndində anadan olan Ağaşirin Cəfərov müharibə illərində göstərdiyi igidlik və şücaətə görə yüksək dövlət mükafatına layiq görülüb. Döyüşlər zamanı nümayiş etdirdiyi cəsarət və fədakarlıq onun adını qəhrəmanlıq salnaməsinə yazdırıb.
Müharibədən sonra da ictimai həyatda fəal iştirak edən Ağaşirin Cəfərov doğma bölgəsinin inkişafında yaxından rol oynayıb. O, 1984-cü il mayın 3-də Neftçala şəhərində vəfat edib.
Onun həyat yolu və göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında şərəfli səhifə kimi yaşayır.

