İstiqlal Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Bir gecənin yaddaşı” adlı ədəbi-bədii tədbir keçirilib.
Muzeydən “Tehsil365"ə bildirilib ki, tədbir Azərbaycan İstiqlal Muzeyi və 2 nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin “Bədii qiraət” dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Proqram çərçivəsində “Bədii qiraət” dərnəyinin üzvləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya, rəqs nömrələri və səhnəciklər təqdim ediblər.
Daha sonra qonaqlar Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş sərgi ilə tanış olublar.

