Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyevin xatirəsi ehtiramla yad edilir.
“Tehsil365” xəbər verir ki, 1963-cü il sentyabrın 19-da Sisian rayonunun Urud kəndində anadan olan Aqil Quliyev Vətənə sədaqəti və cəsarəti ilə seçilib. Qarabağ müharibəsinin ən ağır və taleyüklü günlərində o, torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib.
1992-ci il fevralın 25-də Xocalı şəhərində gedən hadisələr zamanı qəhrəmancasına həlak olub. Göstərdiyi igidliyə görə Aqil Quliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Onun şərəfli ömür yolu və fədakarlığı gənc nəsil üçün vətənpərvərlik nümunəsi olaraq yaddaşlarda yaşayır.

