Təhsil 365 - Logo Mobile

FHN Akademiyasına kursant qəbulu elan edilir

9225.02.2026 - 07:55
FHN Akademiyasına kursant qəbulu elan edilir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2026/2027-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

“Tehsil365"ə bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, akademiyada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Müasir tədris metodlarının tətbiq olunduğu Akademiyanın lazımi avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyaları, laboratoriyaları, xüsusi fənn kabinələri və kitabxanaları kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun "bakalavr" ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun Riyaziyyat-kimya altqrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Sənədlər mart ayının 2-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Gələcəyin şifrinin açılması: süni intellekt, təhlükəsizlik və rəqəmsal keçid” mövzusunda simpozium keçirilib - FOTOLAR25.02.2026 - 11:09
Gənclər və idman naziri ADU-nun tələbələri ilə görüşüb - FOTOLAR25.02.2026 - 11:00
Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər - FOTOLAR25.02.2026 - 10:50
Azərbaycanda iki universitetin tədqiqat universitetinə çevrilməsi gözlənilir25.02.2026 - 10:40
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 10:30
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 10:20
Direktorlar üçün təlim-seminarlara start verilib - FOTO25.02.2026 - 10:10
“Şagirdlərdə diqqət problemi artıb” - Validə Quliyeva25.02.2026 - 09:55
“Xocalıda gördüklərim və yaşadıqlarım yaddaşımdan silinməz" - I Qarabağ müharibəsi veteranı25.02.2026 - 09:45
Ramazanda xurma istehlakının faydaları 25.02.2026 - 09:40
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib25.02.2026 - 09:29
Azərbaycanda qurum direktoru vəfat etdi25.02.2026 - 09:19
Leyla Əliyeva və Alena Əliyeva Cümə məscidini ziyarət ediblər - FOTO25.02.2026 - 09:13
Bu şəxslərə oruc tutmaq tövsiyə edilmir25.02.2026 - 09:05
Şagirdlərin elektron yerdəyişməsi başlayır25.02.2026 - 08:56
Moskvada Leyla Əliyeva adından iftar verildi - FOTO25.02.2026 - 08:48
Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının evində - FOTO25.02.2026 - 08:39
Planetlərin paradı bu tarixdə baş tutacaq25.02.2026 - 08:32
Leyla Əliyeva Qubada arıçı ailəsinin qonağı olub - FOTO25.02.2026 - 08:20
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 08:11
Taksi sürücüləri üçün imtahan olacaq25.02.2026 - 08:04
Ramazan ayında sağlam qidalanma necə olmalıdır?25.02.2026 - 07:48
Uşaqlarda yorğunluğun əsas səbəbləri 25.02.2026 - 07:40
Elgiz və Tolikin verilişi bağlanır25.02.2026 - 07:31
Günəş fırtınaları zəlzələlərə səbəb olur? - alimlərdən yeni iddia 25.02.2026 - 07:25
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 07:18
Yanvarda maqnit fırtınalarının sayında rekord qeydə alınıb25.02.2026 - 07:12
Bu günün hava proqnozu 25.02.2026 - 07:05
Təhsil Katibi Tələbə Kreditlərinin Ödəniş Həddinin Dondurulmasını Müdafiə Edib25.02.2026 - 07:00
BSU ilə ADNSU birgə layihələrə başlayır25.02.2026 - 06:46
İngiltərədə Himayədəki Uşaqlar Təhsildən Kənarda Qalır25.02.2026 - 06:36
Milli Qəhrəman Əlif Hacıyevin xatirəsi yad edilir25.02.2026 - 06:18
Milli Qəhrəman Aqil Quliyevin xatirəsi anılır25.02.2026 - 06:00
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun xatirəsi anılır25.02.2026 - 05:42
Xalq artisti Əlibaba Məmmədovun xatirəsi ehtiramla anılır25.02.2026 - 05:18
Görkəmli dilçi-türkoloq Həsən Mirzəyev yad edilir25.02.2026 - 05:06
Olimpiyaçı güllə atıcısı İradə Aşumovanın doğum günü qeyd olunur25.02.2026 - 04:54
Görkəmli qoboyçu və alim Azər Abdullayevin xatirəsi anılır25.02.2026 - 04:36
Azərbaycanın tanınmış dövlət xadimi Tofiq Bağırovun xatirəsi yad olunur25.02.2026 - 04:18
Bakıda realist teatr-dekorasiya sənətinin banilərindən olan Rüstəm Mustafayevin xatirəsi anılır25.02.2026 - 04:00
Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək24.02.2026 - 19:57
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb24.02.2026 - 19:55
Məktəblilər əməyin mühafizəsinə dair maarifləndirilir24.02.2026 - 19:52
Gənc müəllimlər texnologiyanı daha tez mənimsəyir24.02.2026 - 19:47
DİM ictimaiyyət üçün açıq görüş keçirəcək24.02.2026 - 19:43
2900-dən çox məktəb sürətli internetlə təmin olunub24.02.2026 - 19:38
“Təhsilin rəqəmsallaşdırılması” mövzusunda brifinq keçirilib24.02.2026 - 19:32