Təhsil 365 - Logo Mobile

UNESCO DA QƏRB İKİ YANAŞMA SİYASƏTİNİN İCRAÇILARINDAN İMİŞ

4820.11.2023 - 20:00
UNESCO DA QƏRB İKİ YANAŞMA SİYASƏTİNİN İCRAÇILARINDAN İMİŞ

Son baş verməkdə olan siyasi proseslər, Azərbaycan ərazi bütövlüyünü bərpası fonunda ona qarşı basqılar tarix elminin və tarixçilərin önəmini bir daha göz önünə qoymaqdadır. Heç şübhəsiz ki, haqlı olduğumuz halda bizə edilən basqılara qarşı cavab haqqımızdan istifadə etmək hüququmuz var. Belə olan təqdirdə cavabın daha kəskin və gerçəyi əks etdirən olması üçün mütləq keçmişdən sitat gətirilməklə əsaslandırma irəli sürmək lazımdır. Bu əsaslandırma isə tarix ilə daha tutarlı hala gətirilə bilər. Ona görə də respublikanın güclü olduğu qədər çoxdilli və savadlı tarixçilərə ehtiyacı vardır. Zənnimizcə elm və pedaqoji fəaliyyətlə məşğul olan müvafiq qurumlar da səssiz qalmamalı və çağdaş beynəlxalq-siyasi proseslərə münasibət bildirməlidir. Gəlin bir örnək işığında tarixi faktların siyasi basqılara cavab əsaslandırılmasına baxaq.

UNESCO haqqında bu günə qədər fikrim müsbət idi və zənn edərdim ki, heç bir dini, irqi və s fərq qoymadan dünya mədəni irsinə sahib çıxır. Lakin belə deyilmiş. İslam mədəniyyəti, Türk və şərq mədəniyyəti dağılsa da heç bir şey ifadə etməz, əsas xristian mədəniyyəti zərər görməsin. Bu məsələni izah etmək üçün iki məsələyə diqqət yetirmək lazımdır.

Birincisi, ikili yanaşma prinsipidir. 1990-cı ildən 2020-ci ilə qədər Qarabağda məscidlər dağıdılarkən, orada donuz başda olmaqla hər növ heyvan saxlanılarkən UNESCO hara baxırdı?! Azərbaycanda onlarla muzey dağıdılarkən, yaşı 3 min ili ötən abidələr yer üzərindən silinərkən UNESCO hara baxırdı?! Azərbaycan məxsus Azıx mağarasının təxminən 1.5 milyon yaşı vardır və onun divarlarında mədəni terror həyata keçirilərkən, divarlara barbarlıqla adlar yazılarkən bu qurum hara baxırdı?! Azərbaycanı qoyaq qırağa, İraqda Qərbin maliyyələşdirdiyi İŞİD Mesopotamiya mədəniyyətinə aid 5 min illik abidələri yer üzündən siləndə YUNESKO hara baxırdı?! Və ya hazırda Qəzzada onlarla abidə dağılır və YUNESKO hara baxır?! Sadəcə biri bircə dənə fakt göstərsin ki, Azərbaycan tarix boyu hər hansı bir etnik və ya dini təmizləmə aparıb. Azərbaycanda mövcud olan Səlcuqlu və Səfəvi imperiyasında hansı xalq öz dilini itirib və ya abidəsi dağıdılıb. İran ərazisində Molla rejimi hakimiyyətə gələnə qədər Zərdüşt məbədləri belə öz varlığını sürdürmürdümü?! Türk dünyasında Osmanlı 4 yüz il Balkanları öz tərkibində saxladı, buradakı hansı xalq öz dilini və kimliyini itirdi?! Bu cür tarixi kökləri olan Azərbaycan iki-üç erməni kilsəsinə qalıb?!

Kilsələr demişkən Qarabağda mövcud olan kilsələrin 97 faizi Alban dövrünə aiddir və indiki qarabağlılar o zaman xristian idilər. Yerdə qalan 2 faiz rus pravoslav kilsələri, 1 faiz isə Sovetlər sonrası erməni kilsələridir. Bu məsələ təcili öz həllini tapmalı, xristianlıq tarixi geniş araşdırılmalı, UNESCO-un bizdən “qorumağa” çalışdığı Alban Abidələri pasportlaşdırılmalıdır. Nə Xudavəng, nə də Amaras, nə də ki, Gəncəsar erməni abidəsi deyil. Qəbul etsəniz də, etməsəniz də 705-ci ilə qədər Azərbaycan əhalisinin böyük bir qismi xristian idi. Azərbaycanda Xristianlığı Udinlərlə ölçməməliyik. Biz xristian tariximizdən o qədər uzaqlaşmışıq ki, başqaları bizim tarixi özününküləşdirir. Halbuki, ilk xristian məbədi qonşularımızdan öncə Azərbaycanda tikilib ki, bu Şəkidəki Kiş məbədindən başqası deyil. Biz xristian abidələrini dağıdası olsaq elə Şimalı Qafqazdakı yüzlərcə məbədlərimizi dağıdardıq. Artıq çəkingən davramamalıyıq, necə ki, mətbuatımız Əskəran qalasından süjetlər hazırlayır, onlar bunu xristian abidələri ilə də etməlidirlər.

İkinci məsələ isə UNESCO-nu yaradan dövlətlərin öz keçmiş tarixlərindəki proseslərdir. Mərkəzi Parisdə yerləşən və Qərb dövlətlərindən maliyyələşən UNESCO mənşə baxımdan obyektiv ola bilməz. İlk öncə Fransaya baxaq, Hazırda ərazisində 47 dövlətin və 100-dən artıq xalqın olduğu və bir o qədər dilin danışıldığı torpaqlar zamanla Fransanın müstəmləkəsi olmuşdur ki, bu bütün qitələri əhatə edir. Bu ərazilərdə hazırda fransız dili danışılır və əksər yerlərdə soyqırım törədilmiş, sərvətləri əllərindən alınmış, mədəniyyəti məhv edilmiş, əhalisi öz kimliyini itirmişdir. Hazırda çağdaş dövrümüzdə belə Fransanın 14 müstəmləkəsi mövcuddur və oradakı əhalinin tamamı assimilyasiya vəziyyətindədir. Korsika adası öz milli kimliyini sürdürə bilmir. Mövzu tam uzanması deyə söyləmək mümkündür ki, İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya da eynən Fransanın durumundadılar. “Latın Amerikası” qavramı Amerika qitəsində hansı soyqırımların törədildiyinin bariz örnəyidir. ABŞ və Kanadada isə yerli xalqların tamamı qırılmış, bu da yetməyibmiş kimi XX yüzilliyin ortalarına qədər Afrikadan gələn insanlara qul nəzərləri ilə baxılır, onların mindiyi ictimai nəqliyyata “ağlar” minməz, ağların olduğu xəstəxanalarda “qaralar” ölsələr belə qəbul olunmazdı. Bunları sənədləşdirilmiş formada olduqca detallı hazırlamaq mümkündür. Lakin bu fikirlərdən istifadə edib özününküyümüş kimi göstərən vicdansız insanlar çoxdur deyə bu qədərlə yetindim.

Bayram Quliyev
Tarix üzrə fəlsəfə doktoru   

Elmina Muxtarlı

Xəbər Lenti

Nigeriyada dini məktəbdə YANĞIN: 17 şagird öldü05.02.2025 - 17:49
Keçmiş rektor Ali Məhkəmədə UDUZDU05.02.2025 - 17:35
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 17:18
Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkimdən AÇIQLAMA05.02.2025 - 17:05
15 yaşlı məktəbli niyə ölüb?05.02.2025 - 16:38
Gömrük Akademiyasında təqüdlər ödənilmir?05.02.2025 - 16:26
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq05.02.2025 - 16:12
"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır05.02.2025 - 15:59
BDU-nun tələbə jurnalı Kaliforniya Universitetinin Berkli kitabxanasının fonduna daxil edilib05.02.2025 - 15:45
Mədəniyyət və incəsənət xadimləri dahi bəstəkar Qara Qarayevin xatirəsini anıblar - FOTO05.02.2025 - 15:34
MTV və Dünya TV-nin yayımı 3 saatlıq dayandırıldı05.02.2025 - 15:20
"Daha sərbəst" akademik müzakirə layihəsinə start verildi05.02.2025 - 15:05
Akademik Yusif Məmmədovun 75 illik yubileyi qeyd olunub - FOTO05.02.2025 - 14:54
Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 05.02.2025 - 14:39
Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib05.02.2025 - 14:26
Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək05.02.2025 - 14:14
Azərbaycanda professor vəfat etdi - FOTO05.02.2025 - 14:03
Məktəbdənkənar təhsilə elektron qeydiyyat başa çatıb05.02.2025 - 13:50
AzMİU-da Məzunlar Assosiasiyasının təsis yığıncağı keçiriləcək05.02.2025 - 13:36
Agentlik: Əlilliyi olan 121 gənc peşə hazırlığına cəlb olunub 05.02.2025 - 13:22
DİM imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb - FOTO05.02.2025 - 13:13
Mərkəzi Elmi Kitabxananın 100 illiyinə hazırlıq məsələləri müzakirə olunub05.02.2025 - 13:00
Samux məktəbindəki davamiyyətlə bağlı AÇIQLAMA05.02.2025 - 12:48
Builki magistratura imtahanının modelində dəyişiklik varmı?05.02.2025 - 12:39
BDU-da qış imtahan sessiyası başa çatdı05.02.2025 - 12:26
Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə nümayiş olunur05.02.2025 - 12:14
Dendrologiya İnstitutu şagirdlər və tələbələr arasında “Bilik yarışı” elan edib05.02.2025 - 12:05
Dərsdə halı pisləşən şagird ÖLDÜ05.02.2025 - 11:56
İraqda 9 yaşlı uşaqların evlənməsi ləğv edildi 05.02.2025 - 11:49
Şuşada STEAM Mərkəzi fəaliyyətə başlayıb05.02.2025 - 11:35
Dövlət qulluğu vəzifələri üzrə müsabiqənin test imtahanına qeydiyyat aparılır05.02.2025 - 11:23
UNEC ilə “AWE Consulting” şirkəti arasında memorandum imzalanıb - FOTO05.02.2025 - 11:12
Şagirdlərin 8 layihəsi “Sabahın alimləri” müsabiqəsinin finalına vəsiqə qazanıb05.02.2025 - 11:02
Televiziya verilişlərində işarət dilinin istifadəsi nəzərdə tutulur05.02.2025 - 10:47
Azərbaycan Universiteti ilə QS Agentliyi arasında müqavilə imzalandı - FOTO05.02.2025 - 10:34
Doktorantura və dissertantura səviyyəsində qəbul üçün hansı imtahanlar keçirilir?05.02.2025 - 10:23
Xarici diplomla dövlət qulluğunda iştirak etmək mümkündürmü? - CAVAB05.02.2025 - 10:11
Buraxılış imtahanında şagirdlərə xarici dil seçimində sərbəstlik verilirmi? - RƏSMİ05.02.2025 - 09:58
Magistraturaya qəbul olan oğlanların NƏZƏRİNƏ05.02.2025 - 09:45
İlon Mask ABŞ Təhsil Nazirliyini nəzarətə götürür05.02.2025 - 09:31
“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək05.02.2025 - 09:20
Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı sərgi istifadəçilərə təqdim olunub05.02.2025 - 09:09
Eksternat imtahanlarının nəticələri AÇIQLANDI05.02.2025 - 08:58
Yaqub Mahmudovun 86 yaşı tamam olur05.02.2025 - 08:48
Əlibaba Məmmədovun doğum günüdür05.02.2025 - 08:34
Şotlandiyanın Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdılıb05.02.2025 - 08:20
Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub05.02.2025 - 08:08
BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir05.02.2025 - 07:45