Ölkədaxili elmi əməkdaşlıq əsasında tədqiqatların artması və əhatə dairəsinin genişlənməsi mühüm yeniliklərdən biridir. Bu proses daha çox Biologiya və Tibb Elmləri Bölməsinin elmi tədqiqat institutlarında geniş yer tutur.
“Tehsil365" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında söyləyib.
“Yer Elmləri Bölməsinin Neft və Qaz İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində də xarici ölkələrin tədqiqatçıları ilə birgə tədqiqatlar aparılıb. İctimai Elmlər Bölməsinin əhatə etdiyi İqtisadiyyat İnstitutunda ortaq tədqiqatlara doğru addımlar müşahidə edilir. Humanitar Elmlər Bölməsi üzrə də bu istiqamətdə 2 elmi tədqiqat işinin adını çəkmək olar”, - deyə AMEA rəhbəri bildirib.

