Monoqrafiyaların və məqalələrin sayına görə respublika üzrə rekord göstəricilərə malik olan Akademiyada yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz, çox da ürəkaçan deyil.
“Tehsil365" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında söyləyib. AMEA rəhbəri vurğulayıb ki, Akademiyanın elmi bölmələrinin rəhbərləri, elmi-tədqiqat institutlarının direktorları bu sahədə ciddi dönüş yaratmaq üçün çox çalışmalıdırlar.

