Təhsil 365 - Logo Mobile

İşsizlik yalnız maddi yox, psixoloji zərbədir – Psixoloq Mələk Kərimova açıqladı

14525.02.2026 - 12:00
İşsizlik yalnız maddi yox, psixoloji zərbədir – Psixoloq Mələk Kərimova açıqladı

Psixoloq ekspert Mələk Kərimova bildirir ki, insan biopsixososial varlıqdır və onun həm bioloji, həm psixoloji, həm də sosial təməl ehtiyacları mövcuddur. Qidalanma, təhlükəsizlik və sığınacaq kimi əsas ehtiyacların qarşılanması insanın psixikasının sabitliyi üçün fundamental əhəmiyyət daşıyır.

Mələk Kərimova “Tehsil365”-ə verdiyi açıqlamada qeyd edir ki, işləmək və hər hansı bir peşə ilə məşğul olmaq yalnız maddi təminat vasitəsi deyil, həm də insanın sosial kimliyini, faydalılıq hissini və cəmiyyətə aidlik duyğusunu formalaşdıran əsas faktorlardandır. İşsizlik yarandıqda insan yalnız gəlir mənbəyini itirmir; eyni zamanda özünü dəyərli və faydalı hiss etmə ehtiyacı zərbə alır.

Xüsusilə universitet məzunları üçün iş tapa bilməmək “Mən niyə oxudum?”, “Zəhmətimin mənası nə oldu?” kimi suallara səbəb ola bilər ki, bu da özünə inamın zəifləməsinə və emosional gərginliyin artmasına gətirib çıxarır.

Ekspert vurğulayır ki, gələcək onsuz da müəyyən qədər qeyri-müəyyəndir. Lakin insan beyni plan qurmağa, gələcəyi təsəvvür etməyə və nəzarət hissi yaratmağa meyllidir. İşsizlik vəziyyətində bu planlaşdırma prosesi zədələnir və qeyri-müəyyənlik hissi güclənir. Uzunmüddətli qeyri-müəyyənlik isə narahatlıq pozuntularına və hətta depressiv vəziyyətlərə yol aça bilər.

Bu səbəbdən Mələk Kərimova tövsiyə edir ki, uzunmüddətli işsizlik dövründə psixoloji dayanıqlılığı qorumaq üçün insan öz bacarıqlarını yenidən qiymətləndirməli, yeni resurslar axtarmalı, əlavə bilik və səriştələr qazanmalı, həmçinin şəxsi maneələr üzərində işləməlidir. Bu həm özünə inamın qorunmasına, həm də gələcəklə bağlı daha real və konstruktiv baxışın formalaşmasına kömək edir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Qadın hərbi kursantlarla görüş keçirilib12.10.2026 - 08:49
Sabah qısamüddətli yağış yağacaq12.10.2026 - 08:36
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”12.10.2026 - 08:30
NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib12.10.2026 - 08:08
Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb12.10.2026 - 08:02
Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb12.10.2026 - 07:56
Kambocanın Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib12.10.2026 - 07:51
Cəmilə Muradlı Avropa çempionu oldu12.10.2026 - 07:49
“Instagram”da problem yaranıb12.10.2026 - 07:05
Bakı Caz Festivalı başa çatdı11.10.2026 - 19:59
Şair Ayaz Vəfalı vəfat etdi11.10.2026 - 19:45
Kocaelidə türk gəncləri görüşdü11.10.2026 - 19:40
Teatrlar Nazirliyə verildi11.10.2026 - 19:28
Şəhidlər yad edildi11.10.2026 - 19:15
Tanınmış müğənni vəfat etdi11.10.2026 - 18:47
Tanınmış aktyor vəfat etdİ11.10.2026 - 18:40
Musiqiçi intihar etdi11.10.2026 - 18:35
PUA hücumundan sonra Yandex fəaliyyətini dayandırıb11.10.2026 - 18:20
"Microsoft" şirkəti tərəfindən alınana bilən “ Green Card” ləğv olundu11.10.2026 - 17:54
Azərbaycan və Litva Müdafiə nazirlikləri arasında ikitərəfli saziş imzalandı11.10.2026 - 17:49
Bakıda Azərbaycan və NATO əməkdaşlığı çərçivəsində təlim keçirilib11.10.2026 - 17:42
Valideyn uşağını dərsə göndərməzsə, onu hansı məsuliyyət gözləyir?11.10.2026 - 17:34
“Şəhidin səsi”nin növbəti buraxılışı Rəfail İşiyevin xatirəsinə həsr olunacaq11.10.2026 - 17:22
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi11.10.2026 - 17:17
“Şəhidin səsi” proqramının yayım qrafiki dəyişdirildi11.10.2026 - 17:11
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgiyə start verildi11.10.2026 - 17:00
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq11.10.2026 - 16:18
Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb11.10.2026 - 14:15
Azərbaycan Dünya Mədəniyyətləri Festivalında təmsil olunub11.10.2026 - 14:12
Məktəblərdə geyim qaydaları ilə bağlı müzakirələrin siyasiləşdirilməsinə REAKSİYA11.10.2026 - 14:08
İmtahanların vaxtı dəyişdirilə bilər11.10.2026 - 14:06
Günəş sisteminin sonu gözləniləndən daha tez çata bilər11.10.2026 - 14:04
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq11.10.2026 - 09:16
Sabahın hava proqnozu açıqlanıb11.10.2026 - 09:03
Ermənistanın Gəncəyə dördüncü raket hücumundan 6 il ötür11.10.2026 - 08:55
Azərbaycan millisi Avstriyaya qalib gəldi11.10.2026 - 08:42
Oktyabrın 11-i Beynəlxalq Qız Uşaqları Günüdür11.10.2026 - 08:34
Antonio Quterreş Ər-Riyad hava limanına qarşı hücumu qınayıb 11.10.2026 - 08:18
Yer kürəsində güclü maqnit qasırğası baş verib11.10.2026 - 08:04
Xəzər Universitetində yeni əməkdaşlıq mərhələsi10.10.2026 - 19:05
Xəzər Universitetində yeni əməkdaşlıq10.10.2026 - 18:50
Dietoloq yorğunluğu aradan qaldıran meyvələri açıqladı10.10.2026 - 17:32
“GastroFest 2026” festivalı başa çatdı10.10.2026 - 17:19
Türk professor Türkiyə-Azərbaycan Universitetində10.10.2026 - 17:10
2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır10.10.2026 - 15:14
“GastroFest 2026” festivalı yekunlaşıb10.10.2026 - 15:12
Fransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı10.10.2026 - 14:44
Qaziantepdə QastroAntep Mədəniyyət Yolu Festivalı keçirilir10.10.2026 - 14:42