Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalına start verilir.
“Tehsil365” xəbər verir ki, festivalın əsas məqsədi şagirdlər arasında xor mədəniyyətini inkişaf etdirmək, milli musiqi dəyərlərini təbliğ etmək və kollektiv ifa bacarıqlarını gücləndirməkdir. Layihə çərçivəsində dövlət ümumtəhsil məktəblərində xor dərsləri və kollektiv ifa məşqləri təşkil olunacaq, şagirdlərdən ibarət xor kollektivləri yaradılacaq.
Təşkilatçılar bildirirlər ki, festival məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, komanda ruhunun formalaşdırılması və musiqiyə marağın artırılması baxımından əhəmiyyətli platforma olacaq.
Məktəb rəhbərləri və musiqi müəllimləri şagirdlərinin istedadını geniş auditoriyaya təqdim etmək, onları böyük səhnə təcrübəsinə cəlb etmək və məktəblərini musiqi bayramının iştirakçısına çevirmək üçün festivala qoşulmağa dəvət olunurlar.
Festivalda iştirak etmək istəyənlər qeydiyyat üçün təqdim olunan keçid vasitəsilə müraciət edə bilərlər:
Layihənin devizi isə “Səslərimiz birləşsin, istedadlarımız səslənsin!” olaraq təqdim edilir.

