Təhsil 365 - Logo Mobile

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib - FOTO

7125.02.2026 - 14:29
Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib - FOTO

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın aparıcı media mənsubları ilə görüş keçirilib. Tədbirdə qəzet, informasiya agentlikləri, xəbər portalları, televiziya və radio qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.

Bu barədə “Tehsil365"ə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, görüşdə mərkəzin direktoru Akif Marifli Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin media sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını söyləyib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həyata keçirdiyi siyasət nəticəsində hər iki ölkədə medianın inkişafına və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.

Akif Marifli qeyd edib ki, mərkəzin təşəbbüsü ilə artıq uzun illərdir Özbəkistanın aparıcı media qurumlarının nümayəndələri üçün Azərbaycana mediaturlar təşkil olunur. Bu səfərlər çərçivəsində Azərbaycanla bağlı mövzuların obyektiv və geniş şəkildə işıqlandırılması, habelə iki xalq arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, mədəniyyətin və xalq diplomatiyasının təbliğində fəal iştirak edən jurnalistlər hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müvafiq qaydada mükafatlandırılırlar.

Onun sözlərinə görə, mərkəz informasiya sahəsində əməkdaşlığın davamlı, sistemli və institusional əsasda inkişaf etdirilməsinə xüsusi önəm verir.

Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Salimov çıxışında iki ölkə arasında media əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayıb. O bildirib ki, peşəkar əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi obyektiv informasiya mühitinin formalaşmasına, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Sədr qeyd edib ki, Azərbaycan mövzusunun Özbəkistan mediasında daha fəal işıqlandırılması xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir və informasiya əməkdaşlığının davamlı xarakter almasına şərait yaradır.

Görüşdə Azərbaycan mövzusunun Özbəkistan mediasında daha geniş işıqlandırılması, birgə layihələrin hazırlanması və jurnalistlər arasında təcrübə mübadiləsinin davam etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Aydan Ələkbərova

Xəbər Lenti

Kimlərə oruc tutmaq olmaz? - Orqanizmə təsirləri25.02.2026 - 17:50
Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub25.02.2026 - 17:45
A-dan Z-yə internet: Media üçün praktik təlim25.02.2026 - 17:42
Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır25.02.2026 - 17:42
Depressiya riskini artıran pis vərdiş25.02.2026 - 17:38
Azərbaycan Teatr Xadimləri İttifaqında “Xocalını unutmadıq” tamaşası təqdim edilib25.02.2026 - 17:34
Dünyanın ən faydalı 3 pendiri açıqlandı25.02.2026 - 17:32
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrə Konfederasiyasında anılıb25.02.2026 - 17:30
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb25.02.2026 - 17:30
Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib25.02.2026 - 17:24
Yazı 40 min il öncə icad edilmiş ola bilər - Yeni araşdırma25.02.2026 - 17:22
İftardan sonra saqqız çeynəməyin 5 faydası25.02.2026 - 17:20
Beynəlxalq müsabiqələr laureatının ilk solo konserti: Milli İncəsənət Muzeyində klassik musiqi axşamı25.02.2026 - 17:18
Kimya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb25.02.2026 - 17:12
Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq25.02.2026 - 17:11
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrə Konfederasiyasında anılıb25.02.2026 - 17:05
“Atası Xocalıda polis olub, oğlu bu gün Xocalıda polisdir – faciənin şahidindən unudulmaz xatirələr”25.02.2026 - 17:00
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib25.02.2026 - 16:50
Qazax Dövlət Dram Teatrında “Xocalı harayı” təqdim olunub25.02.2026 - 16:40
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik25.02.2026 - 16:35
Luvr muzeyinin yeni rəhbəri o oldu25.02.2026 - 16:20
Eldar Cahangirbəyov “Azərbaycan şairləri İranə Qasımova ilə” layihəsinin qəhrəmanı olub25.02.2026 - 16:09
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib25.02.2026 - 16:00
Akademik: Rəqəmsal mühitdə dil resurslarının formalaşdırılması strateji əhəmiyyət daşıyır25.02.2026 - 15:53
Romanın LUISS Universitetinin tələbələri Azərbaycan barədə məlumatlandırılıb25.02.2026 - 15:49
Ekspert: Azərbaycanda kibertəhlükəsizlik yüksək səviyyədədir25.02.2026 - 15:42
Kərim Tahirov: Türkoloji qurultayın stenoqramının və biblioqrafiyasının nəşri nəzərdə tutulur25.02.2026 - 15:37
Günel Əsədova: Abdulla Şaiqin mənzil-muzeyində 9 mindən çox eksponatı qorunur25.02.2026 - 15:32
Boston sakinləri Xocalı soyqırımı barədə məlumatlandırılıb25.02.2026 - 15:27
Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə soyqırımı qurbanlarının xatirəsi anılıb25.02.2026 - 15:21
Ərəb mediasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqalə dərc olunub25.02.2026 - 15:15
Akademik Əhliman Əmiraslanov: Azərbaycanda elmi məktəblərin qorunub saxlanılması zəruridir25.02.2026 - 15:08
A-dan Z-yə internet: Media üçün praktik təlim25.02.2026 - 15:00
Təhsil Nazirliyi 1 milyonluq tender elan edib25.02.2026 - 14:59
Asəf Mehdiyev: "Müəllim fənnin nəzəriyyə və metodikasını dərindən bilməlidir" 25.02.2026 - 14:54
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 14:49
Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub - FOTO25.02.2026 - 14:38
Gənclər Kitabxanasında “Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edilib - FOTOLAR25.02.2026 - 14:18
AMEA prezidenti: Tarix sahəsində ən mühüm elmi nəticə Tağlar mağarasında neandertal insan qalığının tapılmasıdır25.02.2026 - 14:08
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 13:55
Ötən il AMEA-nın əməkdaşlıq əlaqələri genişlənib25.02.2026 - 13:48
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 13:40
Azərbaycanda həyata keçirilən dil siyasəti ilə bağlı mühüm elmi nəticələr əldə edilib25.02.2026 - 13:32
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib - FOTO25.02.2026 - 13:21
“Səslərimiz birləşsin” I Xor Festivalına start verilir25.02.2026 - 13:10
AMEA rəhbəri: Humanitar və İctimai Elmlər bölmələrində Azərbaycan dili ilə bağlı tədqiqatlar ön mövqeyə çıxarılıb25.02.2026 - 13:00
AMEA-nın Kimya Elmləri Bölməsində molekulyar elektronika sahəsində fundamental nəticələr əldə edilib25.02.2026 - 12:53