Təhsil 365 - Logo Mobile

“Xocalı: Əsir uşaqlıq” sənədli filmi təqdim edilib

7525.02.2026 - 17:51
“Xocalı: Əsir uşaqlıq” sənədli filmi təqdim edilib

Fevralın 25-də Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı keçirilib.

“Tehsil365" xəbər verir ki, təqdimatda millət vəkilləri, dövlət rəsmiləri, Xocalı sakinləri və gənclər, o cümlədən gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təqdimatdan öncə Kino Mərkəzinin foyesində Xocalı faciəsindən dərhal sonra lentə alınmış fotoşəkillərdən ibarət sərgi nümayiş olunub. Sərginin əsas məqsədi faciə zamanı Xocalı sakinlərinin yaşadığı dəhşətli anları yenidən xatırlamaq və soyqırımı qurbanlarının xatirəsini yad etmək olub.

Təqdimat Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra təqdim olunan “Xocalı: Əsir uşaqlıq” sənədli filmində Xocalıda yaşamış Məmmədovlar ailəsinin 8 üzvünün əsir götürülməsi və onların başına gətirilən faciəvi hadisələr və şahid ifadələri öz əksini tapıb. Ekran əsərində Məmmədovlar ailəsinin üzvü Mürvət Məmmədov Xocalı faciəsi zamanı mülki əhalinin, xüsusilə də uşaqların yaşadıqları ağır taledən, həmçinin “Böyük Qayıdış” layihəsi çərçivəsində Xocalıya geri qayıdan sakinlərin eyni anda yaşadığı kədər və sevinc hissindən bəhs edilib.

Nümayişdən sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək Xocalı şəhərinin və onun dinc sakinlərinin başına gətirilən ağır faciədən, bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət kimi tarixdə qalmasından, eyni zamanda, gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.

Ardınca “CVN Group”un baş direktoru, filmin müəllifi Səbinə Məlikova və soyqırımının canlı şahidi Mürvət Məmmədov çıxış edərək erməni əsirliyində baş verən dəhşətlərin unudulmamasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sənədli film Azərbaycan Respublikasının Gənclər Fondu, Belə-Belə İşlər və CVN TV, “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTO26.02.2026 - 08:12
DİM imtahan tarixini açıqladı26.02.2026 - 08:04
Bakıdakı "Ana harayı" abidəsi ziyarət edilib26.02.2026 - 07:57
Oruc tutanlar üçün qızıl qaydalar26.02.2026 - 07:50
“ARB24”ün icraçı direktoru BDU tələbələrinə ustad dərsi keçib26.02.2026 - 07:42
Belarusda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib26.02.2026 - 07:35
Xocalı soyqırımının qurbanları Daşkənddə anılıb26.02.2026 - 07:25
Günəş partlayışları zəlzələləri tətikləyir?26.02.2026 - 07:17
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edilib26.02.2026 - 07:11
Bu günün hava proqnozu 26.02.2026 - 07:05
Canpolad Rzayev həlak olub26.02.2026 - 07:00
Ələsgər Novruzov həlak olub26.02.2026 - 06:36
“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib 26.02.2026 - 06:20
Füzuli Rüstəmov həlak olub26.02.2026 - 06:18
Tofiq Hüseynov qəhrəmancasına həlak olub26.02.2026 - 06:00
İsgəndər Həmidov vəfat edib26.02.2026 - 05:42
Artur Rasizadə 91 yaşını qeyd edir26.02.2026 - 05:18
Azərbaycan ilə Banqladeş arasında diplomatik əlaqələr qurulub26.02.2026 - 05:06
Əli Tudə vəfat edib26.02.2026 - 04:54
Yetim Eyvaz vəfat edib26.02.2026 - 04:36
Sofiya Həsən qızı Hüseynova vəfat edib26.02.2026 - 04:18
Xocalı faciəsinin ildönümü qeyd olunur26.02.2026 - 04:00
MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 19:18
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:08
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub25.02.2026 - 19:05
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 18:32
Səbinə Məlikova: Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməməlidir25.02.2026 - 18:30
Sabah hava yağmursuz olacaq25.02.2026 - 18:29
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib25.02.2026 - 18:23
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 18:16
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər25.02.2026 - 18:10
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər25.02.2026 - 18:08
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama25.02.2026 - 18:05