Təhsil 365 - Logo Mobile

“Yaşamadığım uşaqlığım müharibənin qurbanı oldu” - Xocalı sakini

10826.02.2026 - 09:45
“Yaşamadığım uşaqlığım müharibənin qurbanı oldu” - Xocalı sakini

“Yaşamadığım uşaqlığım, gəlməyən gəncliyim müharibənin qurbanı oldu. Bu ağrı və xatirələr heç vaxt unudulmayacaq. Bizim gənclərimiz torpaqlarımızı azad etdi, vətənimiz uğrunda fədakarlıq etdi. Xocalının azadlığı və soyqırım qurbanlarının xatirəsi daim yaşadılmalıdır.”

Bu fikirləri “Tehsil365”ə müsahibəsində Xocalı sakini, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin və Qadınlar Şurasının sədri Ayna Allahyar qızı bildirib.

1992-ci il Xocalı hadisəsi zamanı yaşadıqlarınızı necə xatırlayırsınız?

— Mən Xocalı sakiniyəm. 1988-ci ildə 12 yaşım var idi, soyqırım baş verəndə isə 16 yaşında bir yeniyetmə idim. Dörd il ərzində Xocalı mühasirədə idi. Şəhərimiz hər gün dörd tərəfdən raket və top atəşinə tutulurdu. Demək olar ki, atışmalar səngimirdi. Uşaqlığımız qorxu içində keçdi. Məktəbli idik, amma dərs yox, partlayış səsləri eşidirdik. Hər gün ölüm təhlükəsi ilə yaşayırdıq. Mənim yaşamadığım uşaqlığım, gəlməyən gəncliyim müharibənin qurbanı oldu. Tək mən yox, mənim kimi yüzlərlə məktəblinin taleyi belə oldu.

O günlərin ən çətin və qorxulu anı sizin üçün hansı idi?

— Ən ağır məqam günahsız insanların – qadınların, uşaqların, qocaların – heç bir silahı olmadan müharibənin qurbanı olması idi. İnsan bir yeniyetmə kimi bunu necə qəbul etsin? Əliyalın insanların hədəfə çevrilməsi çox acınacaqlı idi. O qorxu, o çarəsizlik hissi insanın yaddaşına ömürlük həkk olunur. Hər an düşünürdük ki, sabah nə olacaq. Hər partlayış səsi ürəyimizə bir iz salırdı.

Hadisədən sonra həyatınızda ən böyük dəyişikliklər nələr oldu?

— Müharibə mənim həyatımı tam dəyişdi. Uşaqlığım yarımçıq qaldı. Doğma yurd-yuvadan didərgin düşmək, illərlə həsrət yaşamaq çox ağır idi. Artıq 34 ildir Xocalıda yaşamıram, amma Xocalı mənim içimdə yaşayır. İnsan doğma torpağından ayrı düşəndə bunun ağrısı sözlə ifadə olunmur. Hər dəfə Xocalının adı çəkiləndə ürəyimdə bir sızı olur. Bu, ömür boyu keçməyən bir hissdir.

Bu faciənin bugünkü nəsillərə çatdırılması üçün hansı mesajı vermək istəyirsiniz?

— Heç kim istəməz ki, uşaqlarımız müharibənin ağrı-acısını yaşasın. Bəli, torpaqlarımızı qorumaq bizim şərəfimizdir, ləyaqətimizdir. Oğul böyüdürük ki, vətən üçün dayansın. Amma müharibənin ağrısını yaşayan bir insan kimi deyirəm ki, bu faciəni unutmaq olmaz. Düşmənimizi və tariximizi düzgün təbliğ etməliyik. Gənclərimizə həqiqətləri aşılamalıyıq. Bu gün torpaqlarımızın azad olunması gənclərimizin qəhrəmanlığı, ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün oldu.

Sizcə, Xocalı qurbanlarının xatirəsinin yaşadılması üçün cəmiyyət nə edə bilər?

— Ən vacibi unutmaq olmaz. Xocalı, Qaradağlı, Meşəli, Cəmilli faciələri bir zəncirin halqalarıdır. Xocalı soyqırımına gedən yol həmin hadisələrdən keçirdi. Biz bu tarixləri yaşatmalı, gələcək nəsillərə ötürməliyik. Xocalı artıq azaddır və bu, bizim üçün böyük təsəllidir. Xocalı qurbanlarının xatirəsini yaşatmaq üçün memorialların yaradılması, anım tədbirlərinin keçirilməsi, tarixin düzgün şəkildə çatdırılması çox önəmlidir. Çünki bu, bizim qan yaddaşımızdır və heç vaxt unudulmamalıdır.

Zeynəb Quluyeva

Xəbər Lenti

Tbilisidə Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi təşkil edilib26.02.2026 - 16:50
Naxçıvan Tibb Kollecində ilk dəfə 26 nəfər təkrar orta ixtisas təhsili alır26.02.2026 - 16:46
"Türk izlərinin Avrupa haritası" Türkiyədə nəşr olundu26.02.2026 - 16:40
“Kenquru” riyaziyyat müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!26.02.2026 - 16:36
Emin Əmrullayev Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb26.02.2026 - 16:26
Dərbənddəki Azərbaycan Dram Teatrı yenidənqurmadan sonra gələn ay istifadəyə veriləcək26.02.2026 - 16:20
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə media-tur təşkil olunub26.02.2026 - 16:10
Milli Kitabxanada “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı olub26.02.2026 - 16:05
Bir sıra rayonlarda səyyar tibbi müayinələr təşkil edilib26.02.2026 - 16:00
Azərbaycan Dillər Universitetinin tələbəsi: “Jurnalistika mənim uşaqlıq arzum olub” 26.02.2026 - 15:50
Yazıçı-rejissor Samirə Əşrəfin quruluş verdiyi tamaşanın premyerası olacaq26.02.2026 - 15:39
Təhsil mərkəzinin direktoru: Türkiyənin müxtəlif bölgələrindən Azərbaycanda təhsil almaq istəyən gənclər var26.02.2026 - 15:30
Uşaqlar intihara maraq göstərəcəyi halda “Instagram” valideynləri xəbərdar edəcək26.02.2026 - 15:22
Xocalı faciəsi – kollektiv yaddaşda yaşayan travma və milli həmrəylik rəmzi26.02.2026 - 15:18
Azərbaycan florasının taksonomiyası və ekobotaniki vəziyyəti tədqiq olunur26.02.2026 - 15:12
BDU-da Hüquq Müzakirə Forumu: Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması26.02.2026 - 15:06
BDU və “Azera Holdinq” əməkdaşlığa başlayır26.02.2026 - 15:00
“Gedib döyüşmək istəyirdi” – Psixoloq Aytən Ələkbərovdan Xocalı faciəsinin şagirdlərə düzgün izahı ilə bağlı çağırış26.02.2026 - 14:23
Məşhur rusiyalı aktyor vəfat etdi26.02.2026 - 12:09
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO26.02.2026 - 11:55
Azərbaycan alimi dünya ədəbiyyatının klassikləri haqqında araşdırma aparıb26.02.2026 - 11:43
BMU-da Xocalı soyqırımı ilə bağlı açıq dərslər keçirilib - FOTO26.02.2026 - 11:30
Təhsil müəssisələrində Xocalı qurbanları anılıb26.02.2026 - 11:20
Sabah hava necə olacaq? 26.02.2026 - 11:10
Xalq artisti Xuraman Qasımova: İncəsənət təhsilinin inkişafı bilavasitə peşəkar müəllim amilinə bağlıdır26.02.2026 - 10:58
“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verilib26.02.2026 - 10:45
Xocalı soyqırımı bəşər tarixinə ən ağır kütləvi terror aktlarından biri kimi daxil olub - FOTOLAR26.02.2026 - 10:34
Elm və Təhsil Nazirliyi "Ana harayı" abidəsini ziyarət edib26.02.2026 - 10:27
Dövlət İmtahan Mərkəzində VAKANSİYA26.02.2026 - 10:20
BDU-nun tələbələri şantaj olunub - VİDEO 26.02.2026 - 10:11
Xocalı şahidi Taryel Eyvazov: “O gecə yaşananları unutmaq mümkün deyil”26.02.2026 - 10:10
Baş kəşfiyyatçı,çavuş,Qarabağ müharibəsi qazisinin Xocalı istiqamətində döyüş yolu26.02.2026 - 09:55
Müharibə və soyqırımı travmaları insanlarda uzunmüddətli psixoloji izlər buraxır — psixoloq Nabat Mirzəyeva26.02.2026 - 09:35
"Təhsil illəri mənə dərin bilik və bacarıqlar qazandırdı" - Tələbə Firuzə Əsgərli26.02.2026 - 09:25
Kiyevdə Xocalı soyqırımı qurbanları anılıb26.02.2026 - 09:16
İnsanlar yazı yaranmazdan çox əvvəl məlumatları qeydə alırmışlar26.02.2026 - 09:08
İndiyədək Xocalıda itkin düşən 24 nəfərin meyiti tapılıb26.02.2026 - 09:00
Rəsulzadənin "Azərbaycan şairi Nizami" monoqrafiyası 75 il sonra latın qrafikası ilə çap edilib26.02.2026 - 08:54
Təhsil müəssisələrində iş axtaranların nəzərinə: qəbul imtahanı keçirilir26.02.2026 - 08:46
Ramazan ayında sağlam qidalanma necə olmalıdır?26.02.2026 - 08:35
Milli Kitabxanada elmi konfrans keçirildi — FOTOLAR26.02.2026 - 08:23
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTO26.02.2026 - 08:12
DİM imtahan tarixini açıqladı26.02.2026 - 08:04
Bakıdakı "Ana harayı" abidəsi ziyarət edilib26.02.2026 - 07:57
Oruc tutanlar üçün qızıl qaydalar26.02.2026 - 07:50
“ARB24”ün icraçı direktoru BDU tələbələrinə ustad dərsi keçib26.02.2026 - 07:42
Belarusda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib26.02.2026 - 07:35