1992-ci ilin fevralında baş verən Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Həmin gecəni yaşayan şahidlər illər keçsə də, yaşadıqlarını unutmadıqlarını deyirlər.
“Tehsil365" faciənin canlı şahidlərindən biri olan HüseynovaTahirə ilə həmsöhbət olub.
– Hadisələr baş verəndə neçə yaşınız var idi?
– Mənim 14 yaşım var idi. Ailəm ilə birlikdə Xocalıda yaşayırdıq. Həyatımız sadə idi, amma sakit idi. Heç kim belə bir gecənin gələcəyini düşünmürdü.
– Həmin gecə nə baş verdi?
– Gecə saatlarında atəş səsləri eşitdik. Əvvəlcə nə baş verdiyini anlamadıq. Sonra insanlar qaçmağa başladı. Hər kəs canını qurtarmağa çalışırdı. Qaranlıq, soyuq və qorxu vardı. Həmin gecə mənim qardaşım hava limanının polisi idi. Onun 2 körpə uşağı qaldı. Həmin gecə mən həm ata və anamı, həm də qardaşımı itirdim.
– Xocalıda faciədən əvvəl həyat necə idi ?
–Biz 1988 ci ildən Xocalıda blokada yaşamışıq. Hər tərəf bağlı. Bircə bir helikopter vasitəsilə bizə çörək göndərilib. Amma daha sonra onuda dayandırdılar. Şəhərdə bir çörək mərkəzi işləyirdi. Ailələr bir birinə köməklik göstərirdi.
-. Həmin gecə ilk olaraq nə baş verdiyini xatırlayırsınızmı?
- Fevral ayının 25i gecəsi, ermənilər Xocalıda 8 tərəfdən mühasirəyə aldılar. Müharibənin qaydalarına sadiq qalmadılar. Onlar bəşəriyyətin ən böyük faciəsini yaşatdılar. Həmin gecə 4 ildir bağlı olan Əsgəran qalası tərəfdən pusqular qurdular. Qoymadılar Xocalılılar meşə yolu ilə Ağdama qaçsın. Həmin gecə körpə demədilər, qoca demədilər, xəstə demədilər, hamını güllə boran etdilər.
– Hadisədən sonra həyatınız necə dəyişdi?
– Mən həmin gecə hər iki valideynlərimi, polis olan qardaşımı və yaxın qohumlarımı şəhid verdim. Xilas olduqdan sonra daha acı günlərlə üzləşdik. Biz ailədə doqquz uşaq olmuşuq. Mən və mənim 3 körpə qardaşlarım çox acılı günlər yaşadıq. Özüm 18 yaşında və yanımda körpə qardaşlarım, qohumlarımızın çoxu şəhid, çoxu girov. Acılı və ağı günlər ilə üzləşmişik
-Ən çətin və yaddaşımızda iş buraxan məqam hansıdır?
-Hamımızın bildiyi kimi Xocalıda 613 nəfər şəhid oldu. 63 nəfər uşaq, 106 qadın, 70 i qoca idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq bir valideynini itirdi, 485 nəfər yaralanıb. 1275 nəfər girov düşdü. 150 nəfər itkin düşdü.
Müsahibimizin sözlərinə görə, Xocalı yalnız bir tarix deyil, həm də yaddaşdır. Onun fikrincə, bu hadisələr gələcək nəsillərə ötürülməli və unudulmamalıdır.

