Təhsil 365 - Logo Mobile

BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

7425.02.2026 - 19:05
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbirdə öncə şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca faciəni əks etdirən videoçarx nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək Xocalı faciəsinin Ermənistanın ölkəmizə ərazi iddiaları, xalqımıza qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti fonunda baş verən, amansızlığı ilə seçilən ağır bəşəri cinayət olduğunu bildirib. Hadisələr zamanı qətlə yetirilən, girov götürülən, itkin düşənlərin statistikasını xatırladan rektor Xocalının düşmənə asan təslim olmadığını, qüvvələr nisbətinin qeyri-bərabər olduğu döyüşlərdə özünümüdafiə qüvvələrinin müqaviməti ilə ortaya əsl fədakarlıq nümunəsinin qoyulduğunu, mülki əhalinin isə köməksiz qaldığı üçün erməni vəhşiliyinin qurbanına çevrildiyini vurğulayıb.

Rektor Xocalı soyqırımına Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymətin verilməsinin mümkün olduğunu önə çəkərək həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərilən sistemli fəaliyyətə toxunub. Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və cinayətkarların ifşasını dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini qeyd edib. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Xocalı faciəsi haqqında faktların dünyanın müxtəlif ölkələrində yayıldığını, çoxsaylı qətnamə və bəyanatların qəbul olunduğunu diqqətə çatdırıb.

Yaqub Piriyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü, suverenliyi tam təmin olundu, separatçılardan təmizlənən Xocalı şəhərində 2023-cü il oktyabrın 15-də Azərbaycanın Dövlət Bayrağı ucaldı və böyük Zəfərimizlə Xocalı şəhidlərinin qisası alındı. Hazırda Xocalının teleyinin dəyişməsinə diqqət çəkən rektor şəhərin Böyük Qayıdış proqramı çərçivəsində yenidən qurulmasından, məskunlaşma prosesinin uğurla davam etməsindən danışıb. Vurğulayıb ki, bütün bunlar artıq Xocalının həyatın, ümidin və gələcəyin şəhərinə çevrildiyini göstərir. Çıxışının sonunda Yaqub Piriyev xalqımızın öz tarixinin Xocalı səhifəsini heç zaman unutmayacağını qeyd edib və faciə qurbanlarına, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edib. O, Xocalı qətliamının xalqımızın yaddaşında sağalmaz yaralar açdığını söyləyərək, qazanılan Zəfərlə faciə qurbanlarının, şəhidlərimizin qanının yerdə qalmadığını və onların ruhunun şad olduğunu vurğulayıb. Xatirə İsmayılova gənclərə səslənərək Vətəni sevməyin, onu qorumağın və tarixi həqiqətləri yaşatmağın hər bir azərbaycanlının müqəddəs borcu olduğunu söyləyib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə Xocalı faciəsinin yaddaşlardan heç zaman silinməyəcəyini bildirib, gənclərin tarixi həqiqətləri dərindən öyrənməsinin və onları beynəlxalq platformalarda düzgün şəkildə çatdırmasının vacibliyini önə çəkib. O, çıxışında həmçinin tarixi faktlara toxunub və Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərindən, çağdaş qüdrətli Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan bəhs edib.

Sonda Vətən müharibəsi şəhidi Xaliddin Veyislinin qızı, BMU-nun “Dizayn” ixtisası üzrə I kurs tələbəsi Jalə Veyisli çıxış edərək uzun illər boyu adı yalnız kədərli hislərlə və dəhşətli faktlarla xatırlanan Xocalının azadlığının milli qürurumuzun, birliyimizin və iradəmizin təntənəsi olduğunu deyib. O, qazanılan Zəfərlə bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayaraq, hazırkı nəslin borcunun bu qələbəni qorumaq, Xocalını yenidən qurmaq, onun tarixini unutmamaq və vətən sevgisi kimi ulu mirası gələcək nəsillərə ötürmək olduğunu bildirib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı xalçaların kəsim mərasimində - FOTO26.02.2026 - 08:12
DİM imtahan tarixini açıqladı26.02.2026 - 08:04
Bakıdakı "Ana harayı" abidəsi ziyarət edilib26.02.2026 - 07:57
Oruc tutanlar üçün qızıl qaydalar26.02.2026 - 07:50
“ARB24”ün icraçı direktoru BDU tələbələrinə ustad dərsi keçib26.02.2026 - 07:42
Belarusda Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib26.02.2026 - 07:35
Xocalı soyqırımının qurbanları Daşkənddə anılıb26.02.2026 - 07:25
Günəş partlayışları zəlzələləri tətikləyir?26.02.2026 - 07:17
Nar yarpaqlarında sinirləri və ürəyi qoruyan maddə aşkar edilib26.02.2026 - 07:11
Bu günün hava proqnozu 26.02.2026 - 07:05
Canpolad Rzayev həlak olub26.02.2026 - 07:00
Ələsgər Novruzov həlak olub26.02.2026 - 06:36
“Xocalı: Əsir Uşaqlıq” sənədli filmi təqdim edilib 26.02.2026 - 06:20
Füzuli Rüstəmov həlak olub26.02.2026 - 06:18
Tofiq Hüseynov qəhrəmancasına həlak olub26.02.2026 - 06:00
İsgəndər Həmidov vəfat edib26.02.2026 - 05:42
Artur Rasizadə 91 yaşını qeyd edir26.02.2026 - 05:18
Azərbaycan ilə Banqladeş arasında diplomatik əlaqələr qurulub26.02.2026 - 05:06
Əli Tudə vəfat edib26.02.2026 - 04:54
Yetim Eyvaz vəfat edib26.02.2026 - 04:36
Sofiya Həsən qızı Hüseynova vəfat edib26.02.2026 - 04:18
Xocalı faciəsinin ildönümü qeyd olunur26.02.2026 - 04:00
MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 19:18
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:08
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 18:32
Səbinə Məlikova: Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməməlidir25.02.2026 - 18:30
Sabah hava yağmursuz olacaq25.02.2026 - 18:29
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib25.02.2026 - 18:23
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 18:16
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər25.02.2026 - 18:10
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər25.02.2026 - 18:08
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama25.02.2026 - 18:05