Təhsil 365 - Logo Mobile

MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur

6325.02.2026 - 19:08
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur

Fevralın 25-də Mingəçevir Dövlət Universitetində əməkdaşların sağlamlığının qorunmasına və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsü həyata keçirilməyə başlanılıb. Bu məqsədlə Mingəçevir şəhərində fəaliyyət göstərən Regional Hospital ilə əməkdaşlığa dair Anlaşma Müqaviləsi imzalanıb.

MDU-dan “Tehsil365"ə verilən məlumata görə, imzalanmış anlaşma universitetin sosial yönümlü fəaliyyətlərin genişləndirilməsinə dair yeni strategiyasına uyğun olaraq əməkdaşların sağlamlığının qorunması, profilaktik tibbi müayinələrin təşkili və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının artırılmasını nəzərdə tutur.

Əməkdaşlıq görüşündə Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Tağıyev, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov, İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini Qurban Qurbanzadə və protokol üzrə koordinator Zərifə Fərruxlu iştirak ediblər. Regional Hospitalı isə direktor Anar Məmmədov, kardioloq, tibb elmləri doktoru Novruz Həsənov, androloq, tibb elmləri namizədi Vaqif Hüseynov, operator-həkim, ümumi cərrah Kurtuluş Urgur, terapevt Nurlan Əliyev və digər həkimlər təmsil ediblər.

Anlaşma çərçivəsində Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə universitetin 50 əməkdaşı Regional Hospitalda kompleks profilaktik tibbi müayinə paketindən (full check-up müayinəsi) ödənişsiz istifadə edəcək. Müayinə proqramı əməkdaşların ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə yönəlmiş tibbi analiz və diaqnostik xidmətləri əhatə edir.

Bununla yanaşı, əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin bütün əməkdaşları və tələbələri üçün Regional Hospitalda göstərilən tibbi xidmətlərə 20 faiz güzəşt tətbiq ediləcək. Bu imkan əməkdaşların tibbi xidmətlərdən daha əlçatan və sərfəli şəkildə yararlanmasına şərait yaradacaq.

Reallaşdırılan təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü Məqsəd – Sağlam həyatın təmin edilməsi və rifahın yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verir. Profilaktik tibbi müayinələrin təşkili əməkdaşların sağlamlığının erkən diaqnostikasına və qorunmasına xidmət edir.

Eyni zamanda, universitetlə səhiyyə müəssisəsi arasında qurulan əməkdaşlıq münasibətləri 17-ci Məqsəd – Məqsədlər naminə tərəfdaşlıq çərçivəsində institusional əlaqələrin genişləndirilməsinin nümunəsidir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində əməkdaşların sosial rifahının və sağlamlığının qorunmasına yönəlmiş sosial təşəbbüslərin universitetin inkişaf strategiyasına uyğun olaraq gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Nərmin Mustafayeva

Xəbər Lenti

MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
FHN Akademiyasına kursant qəbulu elan edilir25.02.2026 - 19:18
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub25.02.2026 - 19:05
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 18:32
Səbinə Məlikova: Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməməlidir25.02.2026 - 18:30
Sabah hava yağmursuz olacaq25.02.2026 - 18:29
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib25.02.2026 - 18:23
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 18:16
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər25.02.2026 - 18:10
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər25.02.2026 - 18:08
Xocalı şahidi Tahirə Hüseynova: “Uşaqlığımızı müharibə aldı”25.02.2026 - 18:05
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama25.02.2026 - 18:05
Təhsil Nazirliyi 1 milyonluq tender elan edib25.02.2026 - 18:04
Gecə işləmək təhlükəlidir25.02.2026 - 18:00
Onlar Fəxri diplomla təltif olundular25.02.2026 - 18:00
“Xocalı: Əsir uşaqlıq” sənədli filmi təqdim edilib25.02.2026 - 17:51
Kimlərə oruc tutmaq olmaz? - Orqanizmə təsirləri25.02.2026 - 17:50
Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır25.02.2026 - 17:47
Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub25.02.2026 - 17:45
A-dan Z-yə internet: Media üçün praktik təlim25.02.2026 - 17:42
Depressiya riskini artıran pis vərdiş25.02.2026 - 17:38
Azərbaycan Teatr Xadimləri İttifaqında “Xocalını unutmadıq” tamaşası təqdim edilib25.02.2026 - 17:34
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb25.02.2026 - 17:30
Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib25.02.2026 - 17:24
Yazı 40 min il öncə icad edilmiş ola bilər - Yeni araşdırma25.02.2026 - 17:22
Beynəlxalq müsabiqələr laureatının ilk solo konserti: Milli İncəsənət Muzeyində klassik musiqi axşamı25.02.2026 - 17:18
Kimya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb25.02.2026 - 17:12
Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq25.02.2026 - 17:11
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrə Konfederasiyasında anılıb25.02.2026 - 17:05
“Atası Xocalıda polis olub, oğlu bu gün Xocalıda polisdir – faciənin şahidindən unudulmaz xatirələr”25.02.2026 - 17:00
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib25.02.2026 - 16:50
Qazax Dövlət Dram Teatrında “Xocalı harayı” təqdim olunub25.02.2026 - 16:40
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik25.02.2026 - 16:35