Təhsil 365 - Logo Mobile

FHN Akademiyasına kursant qəbulu elan edilir

7325.02.2026 - 19:18
FHN Akademiyasına kursant qəbulu elan edilir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2026/2027-cı tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.

“Tehsil365"ə bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, akademiyada "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" və "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Müasir tədris metodlarının tətbiq olunduğu Akademiyanın lazımi avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyaları, laboratoriyaları, xüsusi fənn kabinələri və kitabxanaları kursantların istifadəsindədir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun "bakalavr" ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.

Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2026-cı ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun Riyaziyyat-kimya altqrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Sənədlər mart ayının 2-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.

Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.

Nərmin Mustafayeva

Xəbər Lenti

MDU-da sağlam həyat təşəbbüsləri genişləndirilir: Əməkdaşlar üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:57
“BDU-dan beynəlxalq təcrübəyə” - seminar25.02.2026 - 19:54
Türkoloji Qurultayın 100 illiyi ərəfəsində dilçi-alim Mədəd Çobanovun kitabı təkrar nəşr edilib25.02.2026 - 19:49
Əqli Mülkiyyət Agentliyində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib25.02.2026 - 19:44
“Azərbaycan təhsil tarixinə dair oçerklər” üçcildliyi nəşr edilib25.02.2026 - 19:39
Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib25.02.2026 - 19:34
Əmmanda Xocalı soyqırımı qurbanları anılıb25.02.2026 - 19:28
Leyla və Alena Əliyevalar Qubada internat məktəbi və STEAM mərkəzini ziyarət edib25.02.2026 - 19:23
Dövlət İmtahan Mərkəzində təlim keçirilib25.02.2026 - 19:14
MDU əməkdaşları üçün kompleks tibbi müayinələr təşkil olunur25.02.2026 - 19:08
BMU-da Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub25.02.2026 - 19:05
"32 ilin ağrısı: Xocalının yaşayan bir insanın dili ilə"25.02.2026 - 19:00
AMEA-nın Qarabağ Elmi Bölməsi yaradılacaq25.02.2026 - 18:52
Almaniyada internetdə nifrət yayanlara qarşı genişmiqyaslı əməliyyat: 140 cinayət işi başlanıb25.02.2026 - 18:45
Direktorlar üçün təlim-seminarlara start verilib25.02.2026 - 18:43
Yerin nüvəsi "sızır": Minlərlə ton qızıl səthə atılır25.02.2026 - 18:40
Balkan Riyaziyyat Olimpiadası üçün şagird seçimi başlayıb25.02.2026 - 18:37
Prezident Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib25.02.2026 - 18:32
Səbinə Məlikova: Xocalı faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməməlidir25.02.2026 - 18:30
Sabah hava yağmursuz olacaq25.02.2026 - 18:29
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib25.02.2026 - 18:23
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır25.02.2026 - 18:16
Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər25.02.2026 - 18:10
16 yaşdan kiçiklərə enerji içkisi satışı dayandırıla bilər25.02.2026 - 18:08
Xocalı şahidi Tahirə Hüseynova: “Uşaqlığımızı müharibə aldı”25.02.2026 - 18:05
Azərbaycanda qız tələbələr şantaj edilir? - Polisdən açıqlama25.02.2026 - 18:05
Təhsil Nazirliyi 1 milyonluq tender elan edib25.02.2026 - 18:04
Onlar Fəxri diplomla təltif olundular25.02.2026 - 18:00
Gecə işləmək təhlükəlidir25.02.2026 - 18:00
“Xocalı: Əsir uşaqlıq” sənədli filmi təqdim edilib25.02.2026 - 17:51
Kimlərə oruc tutmaq olmaz? - Orqanizmə təsirləri25.02.2026 - 17:50
Android istifadəçilərinə xəbərdarlıq: Bu proqramlar artıq lazımsızdır25.02.2026 - 17:47
Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub25.02.2026 - 17:45
A-dan Z-yə internet: Media üçün praktik təlim25.02.2026 - 17:42
Depressiya riskini artıran pis vərdiş25.02.2026 - 17:38
Azərbaycan Teatr Xadimləri İttifaqında “Xocalını unutmadıq” tamaşası təqdim edilib25.02.2026 - 17:34
Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb25.02.2026 - 17:30
Muzeydə “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə dinlənilib25.02.2026 - 17:24
Yazı 40 min il öncə icad edilmiş ola bilər - Yeni araşdırma25.02.2026 - 17:22
Beynəlxalq müsabiqələr laureatının ilk solo konserti: Milli İncəsənət Muzeyində klassik musiqi axşamı25.02.2026 - 17:18
Kimya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb25.02.2026 - 17:12
Tempratur 8 dərəcə enəcək, yollar buz bağlayacaq - Xəbərdarlıq25.02.2026 - 17:11
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrə Konfederasiyasında anılıb25.02.2026 - 17:05
“Atası Xocalıda polis olub, oğlu bu gün Xocalıda polisdir – faciənin şahidindən unudulmaz xatirələr”25.02.2026 - 17:00
ADA Universitetində “Kəşf et. Əlaqə qur. İnkişaf et” adlı açıq qapı tədbiri keçirilib25.02.2026 - 16:50
Qazax Dövlət Dram Teatrında “Xocalı harayı” təqdim olunub25.02.2026 - 16:40
Attestatlar, diplomlar və sertifikatların veriliməsində yenilik25.02.2026 - 16:35