Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında diplomatik əlaqələr qurulub.
”Tehsil365” xəbər verir ki , ölkə arasında münasibətlərin rəsmiləşdirilməsi qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir. Diplomatik əlaqələrin qurulması siyasi dialoqun genişlənməsinə, iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaradır.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildiriblər. Bu addım Azərbaycan ilə Banqladeş arasında dostluq münasibətlərinin inkişafına xidmət edəcək.

