Azərbaycanın tanınmış siyasi və dövlət xadimi Artur Tahir oğlu Rasizadənin 91 yaşı tamam olur.
“Tehsil365” xəbər verir ki, 1935-ci il fevralın 26-da Kirovabad (indiki Gəncə) şəhərində anadan olan Artur Rasizadə uzun illər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. O, iki dəfə — 1996–2003 və 2003–2018-ci illərdə Baş naziri vəzifəsində çalışaraq dövlət idarəçiliyində mühüm xidmətlər göstərib.
Onun rəhbərliyi dövründə ölkədə sosial-iqtisadi islahatların həyata keçirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb.
Artur Rasizadə Azərbaycanın müasir siyasi tarixində uzunmüddətli baş nazirlik fəaliyyəti ilə seçilən dövlət xadimlərindən biri kimi qiymətləndirilir.

