Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov 26 fevral 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlər zamanı həlak olub.
“Tehsil365” xəbər verir ki, 1965-ci il dekabrın 25-də Mirbəşir rayonunun (indiki Tərtər rayonu) Hüsənli kəndində anadan olan Füzuli Rüstəmov Birinci Qarabağ müharibəsi illərində doğma torpaqların müdafiəsində fəal iştirak edib. Xocalı hadisələri zamanı və ətraf ərazilərdə döyüşlərdə göstərdiyi igidliklə seçilib.
Onun göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Füzuli Rüstəmovun xatirəsi ehtiramla yad edilir, onun qəhrəmanlıq yolu gənc nəslə vətənpərvərlik nümunəsi kimi təqdim olunur.

