Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev 26 fevral 1992-ci ildə Xocalı şəhərində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub.
“Tehsil365” xəbər verir ki, 1968-ci il fevralın 26-da Ağdam rayonunda anadan olan Canpolad Rzayev Birinci Qarabağ müharibəsi dövründə doğma torpaqların müdafiəsində fəal iştirak edib. Cəsarəti və igidliyi ilə seçilən gənc hərbçi ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Canpolad Rzayevin xatirəsi ehtiramla yad edilir və onun qəhrəmanlıq yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq qalır.

