Birinci Qarabağ müharibəsinin ilk illərində yaralıların xilas edilməsi üçün yaradılan ilk hərbi səhra hospitalı ağır şəraitdə fəaliyyət göstərib. Həmin dövrdə hospitalın təşkili və yaralılara tibbi yardımın göstərilməsi prosesində iştirak edən şəxslər baş verən hadisələri bu gün də çətinliklə xatırlayırlar.
Xocalı sakini, soyqırım şahidi Taryel Eyvazov “Tehsil365”ə müsahibəsində Xocalı faciəsi zamanı yaşadıqlarından bəhs edib. O qeyd edib ki, hücum gecəsi şəhərdə böyük çaxnaşma yaşanıb, dinc sakinlər çıxış yolu axtararaq şəhəri tərk etməyə məcbur qalıblar. Eyvazov insanların şaxtalı hava şəraitində meşə və açıq ərazilərlə hərəkət etdiyini, bir çox ailələrin parçalandığını bildirib..
– İlk hərbi səhra hospitalı nə vaxt və harada yaradıldı?
– 28 fevral 1992-ci ildə Ağdam Mərkəzi Rayon Xəstəxanasının nəzdində, 50 çarpayılıq Mahrızlı kənd xəstəxanasında yaradıldı. Bu, Xocalı soyqırımından dərhal sonra baş verirdi və yaralıların yerləşdirilməsi üçün çox vacib addım idi.
– Yaralılar hospitala necə gətirilirdi?
– Yaralılar əvvəlcə Ağdam şəhər xəstəxanasına yerləşdirilirdi, sonra isə “Qatar Hospital”a köçürülürdü. Könüllülərin köməyi ilə yaralıların daşınması çətin olsa da, yüksək səviyyəli tibb işçiləri ilə təmin olunmuşdu.
– Hospitalın fəaliyyətində kimlər iştirak edirdi?
– İlk olaraq hospitalın komandiri mayor Çümşüd Hüseynov təyin olunmuşdu .Ağdam rayonunu əksər həkim və tibb işçiləri dərhal Hospitalda fəaliyyətə başladılar. Təəssüf ki, bunun nəticəsidə Ağdam MRX-nın ən savadlı və Vətənpərvər həkimlərindən biri olan, artıq Hospitalda fəaliyyətini davam etdirən Azərbaycanın Milli Qəhramanı Muxtar Qasımov ilk həkim Şəhidimiz oldu. Sonra komandir vəzifəsinə kapitan Əli Qurbanov gəldi. Onların rəhbərliyi və təşkili sayəsində hospital genişləndi və respublikanın digər bölgələrindən də həkim və tibb işçiləri könüllü olaraq fəaliyyətə qatıldılar.
– Hospitalın fəaliyyəti zamanı hansı təhlükələr vardı?
– Xankəndi və Ağdam arasında ermənilər tərəfindən atəş açılırdı. Hospitalın yerləşdiyi ərazi də atəş altında idi. Qatar Hospital bir neçə dəfə yerini dəyişmək məcburiyyətində qaldı, məsələn, əvvəl Mahrızlı kəndinə, sonra Qaradağlı kənd məktəbinə və sonda Ağcabədinin Sarıcalı kəndinə köçürüldü.
– O dövrdə yaralıların sayı necə idi?
– İlk gün 206 yaralı vardı, sonrakı günlərdə isə 368 yaralı qeyd edildi. Çoxlu sayda ölənlər vardı. Respublika rəsmi olaraq Xocalı soyqırımı zamanı yalnız 2 nəfərin öldüyünü bildirsə də, əslində vəziyyət çox daha ağır idi.
– O dövrün sizin üçün mənası nə idi?
– Həmin günlər tibb işçilərinin böyük fədakarlıq göstərdiyi, insanların həyatını xilas etmək üçün hər cür çətin şəraitdə çalışdığı bir dövr idi. O hadisələr heç vaxt unudulmayacaq və gələcək nəsillərə
.

