YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Tariximizin həqiqətləri” adlı elmi-intellektual yarış keçirilib.
“Tehsil365” AZƏRTAC istinadən xəbər verir ki, GDU-dan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 3 mərhələdən ibarət olan elmi-intellektual yarışda Gəncə Dövlət Universitetinin komandası qalib gəlib. I yeri qazanan tələbələrə Gəncə şəhər YAP rayon təşkilatı tərəfindən kubok və fəxri fərman təqdim olunub.
İntellektual yarışda təqdim olunan suallar II Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun əldə etdiyi uğurlar, tarixi Zəfərimiz, şəhidlər, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işləri və s. mövzuları əhatə edib.

