Təhsil 365 - Logo Mobile

Prezident Xocalı Soyqırımı Memorialının açılışında

7226.02.2026 - 18:18
Prezident Xocalı Soyqırımı Memorialının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Estoniyada Xocalı soyqırımı barədə ictimai məlumat kampaniyası keçirilir26.02.2026 - 19:57
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı müxtəlif tədbirlərlə anılıb26.02.2026 - 19:55
DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb26.02.2026 - 19:52
Qaqauziyada Xocalı soyqırımı qurbanları anılıb26.02.2026 - 19:46
DİM növbəti TOEFL iBT imtahanını keçirəcək26.02.2026 - 19:42
Cənubi Koreyada maraqlı ənənə: Yeni doğulan uşaq 1 yaşında sayılır26.02.2026 - 19:35
Nazirliyin kollektivi Xocalı qurbanlarının xatirəsini yad edib26.02.2026 - 19:30
“O gün həyatımda nə dəyişdi?” – Xocalı şahidinin dilindən26.02.2026 - 19:23
LDU-da “Xocalı faciəsi: tarixi yaddaş və müasir baxış” mövzusunda tədbir keçirilib26.02.2026 - 19:17
Məktəbəqədər təhsilə getməyən uşaqlarla gedənlər arasında fərq müşahidə olunurmu?26.02.2026 - 18:58
“Təhsil aldığım illər ərzində nə əldə etdim?” – Tələbənin baxışı26.02.2026 - 18:55
Gəncədə Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirilib.26.02.2026 - 18:55
Sabah hava çiskinli olacaq26.02.2026 - 18:52
Bəzi yerlərdə külək güclənəcək26.02.2026 - 18:44
Qusarda “Çiçəklən, Xocalı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub26.02.2026 - 18:35
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır26.02.2026 - 18:27
DİM Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib26.02.2026 - 18:26
Yuxu zamanı beyin işləməyə davam edir – alimlər yaddaşın məhz yuxuda gücləndiyini deyir26.02.2026 - 18:21
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı müxtəlif tədbirlərlə anılıb26.02.2026 - 18:15
Universitetlərdə böyük dəyişiklik siqnalı - Dərs saatı qısaldılır?26.02.2026 - 18:14
Emin Əmrullayev Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb26.02.2026 - 18:12
Milli Kitabxanada “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının təqdimatı olub26.02.2026 - 18:08
Xocalı soyqırımı mövzusunun ibtidai və yuxarı siniflərdə izahında psixoloji yanaşma fərqi nə olmalıdır? – Psixoloqdan açıqlama26.02.2026 - 18:00
“Samsung” Galaxy S26, S26+ və S26 Ultra smartfonlarını təqdim edib — Foto26.02.2026 - 17:59
Yazıçı-rejissor Samirə Əşrəfin quruluş verdiyi tamaşanın premyerası olacaq26.02.2026 - 17:54
Suraxanı ictimaiyyəti Xocalı soyqırımı abidəsini ziyarət etdi26.02.2026 - 17:50
“Samsung” Galaxy Buds 4 və Buds 4 Pro qulaqlıqlarını təqdim edib26.02.2026 - 17:48
Humay Əzizli: “Jurnalistika mənim yaradıcı sahəyə addımım oldu26.02.2026 - 17:45
Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için26.02.2026 - 17:43
Beynəlxalq Muğam Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib26.02.2026 - 17:40
“İpəkçiliyin inkişafı və perspektivləri” kitabı nəşr olunub26.02.2026 - 17:38
Rusiyada "Telegram"ın bloklanacağı tarix müəyyənləşdi26.02.2026 - 17:37
Daimi stresin dişlərə zərərli təsirləri26.02.2026 - 17:35
GDU-nun komandası “Tariximizin həqiqətləri” adlı elmi-intellektual yarışın qalibi olub26.02.2026 - 17:33
Naxçıvanda Xocalı soyqırımına həsr edilmiş şahmat yarışı keçirilib26.02.2026 - 17:30
Tez- tez üşümək ciddi xəstəliyin əlaməti ola bilər26.02.2026 - 17:29
ADB azərbaycanlı tələbələri təcrübə proqramına dəvət edir26.02.2026 - 17:28
Konstitusiyanın hüquqi mühafizəsində iştirak edən subyektlərin dairəsi - elmi seminar26.02.2026 - 17:26
Naxçıvanda uşaq birliyi təşkilatı rəhbəri üzrə işə qəbul imtahanı keçiriləcək26.02.2026 - 17:19
BDU və “Azera Holdinq” əməkdaşlığa başlayır26.02.2026 - 17:19
Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun nümayəndə heyəti BDU-da olub26.02.2026 - 17:14
Madriddə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib26.02.2026 - 17:10
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb26.02.2026 - 17:08
Qazaxıstanda universitetlərə qəbul üçün yeni imtahan modeli hazırlanır26.02.2026 - 17:07
Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb26.02.2026 - 17:02
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb26.02.2026 - 17:00
Azərbaycan Texnologiya Universiteti turizm üzrə kadr hazırlayacaq26.02.2026 - 16:58