Təhsil 365 - Logo Mobile

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

7227.02.2026 - 07:41
Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Londonda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Tehsil365" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyətinin və Londonun Siti Universitetinin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonun Siti Universitetində baş tutub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın ağır nəticələrindən danışıb.

Səfir bildirib ki, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması heç də asan olmayıb və bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, hələ də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edənlər var. Xüsusən də Ermənistanda revanşist qüvvələrin mövcud olmasına diqqət çəkən diplomat deyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, xalqımız hər zaman birlik nümayiş etdirməli və ayıq olmalıdır. İkili standartların dünyada başqa xalqlar üçün də təhlükəli olduğunu qeyd edib və bildirib ki, vaxtında dünya ictimaiyyəti Xocalı soyqırımına qarşı etinasızlıq nümayiş etdirməsəydi, bu gün başqa xalqlara qarşı oxşar hadisələrin də qarşısı alına bilərdi.

O vurğulayıb ki, ədalətin bərpası vacibdir və bu, həm insani, həm də mənəvi məsuliyyətdir. Səfir çıxışında bildirib ki, torpaqların işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın milli birliyi nəticəsində mümkün olub. O, gələcək nəsillərin üzərinə düşən əsas vəzifənin bu cür faciələrin bir daha təkrarlanmaması üçün həmrəyliyi qorumaq və həqiqətləri dünyaya çatdırmaq olduğunu diqqətə çatdırıb.

Tədbirdə “Müharibə uşaqların gözü ilə” layihəsinin təsisçisi Nərminə Məmmədova da çıxış edib. O, şəxsi xatirələrini bölüşərək müharibənin uşaqların taleyində buraxdığı dərin izlərdən danışıb. Bildirib ki, Xocalı faciəsi təkcə statistik rəqəmlər deyil, dağıdılmış ailələr, yarımçıq qalmış uşaqlıq xatirələri və ömür boyu sağalmayan yaralardır. O, uşaqlıq illərində müharibənin ağrılarını hiss etdiyini, qaçqınların yaşadığı çətinlikləri gördüyünü və bu təcrübələrin onun həyat baxışına və ictimai fəaliyyətinə dərin təsir göstərdiyini deyib. Qeyd edib ki, Xocalının xatirəsinə həsr olunmuş layihə və müsabiqə Britaniyada geniş maraq doğurub, onlarla məktəb təşəbbüsə qoşulub. Layihə “ITV News” kimi yerli media orqanlarında, o cümlədən televiziya xəbərlərində və qəzetlərdə işıqlandırılıb.

Çıxışında Xocalıdan sağ çıxmış şəxslərin hekayələrinə də toxunan layihə rəhbəri vurğulayıb ki, həmin insanların yaşadıqları ağrıları ifadə etmək belə çox vaxt mümkün olmur. Onun sözlərinə görə, uşaqların gözü ilə müharibəni anlatmaq həm yaddaşı qorumaq, həm də gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin çıxış edən Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, diaspor təşkilatlarının əsas məqsədi həqiqətlərin unudulmamasına nail olmaq və gələcək nəsillərə bu faciə barədə düzgün məlumat ötürməkdir.

Tədbir çərçivəsində Zəngilan rayonundan olan və Birinci Qarabağ müharibəsində ailə üzvlərini itirmiş Səyavuş Hüseynov ilə videomüsahibə təqdim olunub. Həmçinin “Müharibə uşaqların gözü ilə” sərgisində müxtəlif ölkələrdən, o cümlədən Böyük Britaniyadan uşaqların təqdim etdiyi rəsmlər və Xocalı həqiqətlərinə həsr olunmuş film nümayiş etdirilib.

Sonda ukraynalı skripkaçı Sofiya Yaborska Xocalı qurbanlarının xatirəsinə ithaf olunmuş həzin musiqi parçaları səsləndirib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Dillər Universitetində dəyirmi masa: “Bakının su təminatının tarixi mərhələləri” müzakirə olunub27.02.2026 - 13:50
Mədəniyyət sahəsində qrant müsabiqələri ilə bağlı yeni qaydalar hazırlanıb27.02.2026 - 13:39
“44 gün - Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatı olub - FOTO27.02.2026 - 13:27
Elm və təhsil sahələrində data idarəçiliyinin tətbiq edilməsi nəzərdə tutulur27.02.2026 - 13:20
Elmi-tədqiqat nəticələrinin real iqtisadi dəyərə çevrilməsində əsas maneələr hansılardır?27.02.2026 - 13:11
6 planet bir arada: Sabah böyük planet paradı baş verəcək27.02.2026 - 13:00
Şamaxıda yeniyetmə ögey anasını qətlə yetirib27.02.2026 - 12:49
İlin ilk Ay tutulması baş verəcək27.02.2026 - 12:38
Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq27.02.2026 - 12:30
Emin Əmrullayev Rəqəmsal İnkişaf Şurasına üzv seçilib27.02.2026 - 12:19
DİM «Abituriyent» jurnalının 1-ci nömrəsini nəşr edib27.02.2026 - 12:10
Bu günə qədər 380-dən çox xidmət tam rəqəmsallaşdırılıb27.02.2026 - 11:55
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində gənc alimlər üçün müsabiqələrin təşkili nəzərdə tutulur27.02.2026 - 11:44
Birinci Türkoloji Qurultay türk xalqlarının inkişafında yeni mərhələnin başlandığını nümayiş etdirib27.02.2026 - 11:32
Xocalı faciəsi – tarixin qan yaddaşı - FOTO27.02.2026 - 11:21
Beynəlxalq elmi konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını, “Türk şəhidliyi” abidəsini ziyarət ediblər - FOTO27.02.2026 - 11:10
“Nenkecan” jurnalının yeni nömrəsi Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilib - FOTO27.02.2026 - 10:54
Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub - FOTO27.02.2026 - 10:41
Dünya və Avropa çempionu məktəblilərlə görüşəcək27.02.2026 - 10:30
Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad olunub27.02.2026 - 10:20
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir27.02.2026 - 10:10
Lamiyə Quliyeva: “Şagird qaydanı bilir, amma danışmaqda çətinlik çəkir”27.02.2026 - 09:57
“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu27.02.2026 - 09:51
Daxili Qoşunlar kursant qəbulu elan edir27.02.2026 - 09:46
Məktəbli avtobusları”na ödəniş yaşayış minimumuna uyğunlaşdırıla bilər27.02.2026 - 09:40
Mikayıl Müşfiqlə bağlı 6 il sonra DNT nəticəsi açıqlandı27.02.2026 - 09:35
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi27.02.2026 - 09:26
İctimai nəqliyyatda tələbələrə güzəştlər tətbiq olunsun - Ombudsman27.02.2026 - 09:20
Azərbaycanda uşaq bağçalarının sayı artırılacaq?27.02.2026 - 09:09
3 martda göy üzü "yanacaq": 80 dəqiqə davam edəcək vizual şou27.02.2026 - 08:57
NATO ilk dəfə iPhone və iPad-in məxfi məlumatlarla işləməsini təsdiqləyib27.02.2026 - 08:46
"WhatsApp Web" çökdü27.02.2026 - 08:35
Damarlar üçün faydalı olan məhsullar 27.02.2026 - 08:23
Uşaqlar niyə tez-tez qrip olur? - SƏBƏB27.02.2026 - 08:10
Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı27.02.2026 - 07:58
Yaponiyada insanlarla danışan "dindar" robot yaradıldı27.02.2026 - 07:50
Arxeoloqlar 5000 illik konusların sirrini açdı - FOTO 27.02.2026 - 07:32
Süni intellekt müharibəni necə “görür”? 27.02.2026 - 07:23
Zehni aktivlik artdıqca məhsuldarlıq yüksəlir27.02.2026 - 07:13
Bu gün hava necə olacaq? - PROQNOZ27.02.2026 - 07:02
Estoniyada Xocalı soyqırımı barədə ictimai məlumat kampaniyası keçirilir26.02.2026 - 19:57
Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı müxtəlif tədbirlərlə anılıb26.02.2026 - 19:55
DİN: Tələbələrin fotolarını yayan şəxs saxlanılıb26.02.2026 - 19:52
Qaqauziyada Xocalı soyqırımı qurbanları anılıb26.02.2026 - 19:46
DİM növbəti TOEFL iBT imtahanını keçirəcək26.02.2026 - 19:42
Cənubi Koreyada maraqlı ənənə: Yeni doğulan uşaq 1 yaşında sayılır26.02.2026 - 19:35
Nazirliyin kollektivi Xocalı qurbanlarının xatirəsini yad edib26.02.2026 - 19:30