Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
DİM-dən “Tehsil365"ə bildirilib ki, 27 fevral 2026-cı il tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 3 və 4-cü təsnifatlarına uyğun olan 12 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Daxili müsahibə elan edilən vəzifələrin 4-ü üçüncü təsnifatına, 8-i dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında şöbə müdiri vəzifələridir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 fevral 2026-cı il tarixindən 13 mart 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

