Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılması təklif edilir.
“Tehsil365" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan "Məktəbli avtobusları" pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılması təklif edilir.

