1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyi, ortaq milli-mənəvi dəyərlərin inkişafı və inteqrasiya proseslərinin dərinləşməsi üçün geniş üfüqlər açan ictimai tədbir olub. Qurultay XX əsrin əvvəllərində türkologiya elmi və mədəni mühitdə aktual məsələlərə toxunub. Orada təqdim olunmuş məruzələrdə humanitar, sosial elmlər və türkologiyanın aktual məsələlərini əks etdirib və konkret təkliflər irəli sürüb.
“Tehsil365" xəbər verir ki, bu fikirləri Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, professor Bahrom Abdukhalimov “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib.
Professor bildirib ki, Sovet İttifaqında yaşayan türkdilli xalqların nümayəndələrinin, eləcə də Avropa, Türkiyə və İrandan olan türkoloqların iştirakı Qurultayın əhatə dairəsini və miqyasını əyani şəkildə göstərir: “Yerli ziyalıların Türkoloji Qurultayı ölkədə təkcə dilçilikdə deyil, həm də ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoqrafiya və təhsildə əsas elmi və yaradıcı qüvvələrin yaranmasına və inkişafına dəlalət edir. Bugünkü beynəlxalq elmi konfrans isə türk xalqlarının möhkəm təməllər üzərində qurulmuş elmi-mədəni birliyinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.

