Təhsil 365 - Logo Mobile

Süni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti - dəyirmi masa

7227.02.2026 - 17:08
Süni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti - dəyirmi masa

Fevralın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Suni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.

Tədbiri açan institutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü elmi-texniki nailiyyətlərin və rəqəmsal texnologiyaların sürətli inkişafının elmin bütün sahələrində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olduğunu, bu prosesin tədqiqatların daha operativ, dəqiq və sistemli aparılmasına geniş imkanlar yaratdığını deyib.

Süni intellektin elmi tədqiqatların aparılma üsullarını köklü şəkildə dəyişərək məlumatların toplanması, emalı və təhlilini daha sürətləndirəcəyini deyən R.Cümşüdlü tədbirdə iştirak edən gənc alimləri rəqəmsal texnologiyaların imkanlarından fəal şəkildə yararlanmağa çağırıb.

İnstitutun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev XXI əsrdə internet, sosial şəbəkələr və süni intellekt əsaslı platformaların gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyini, rəqəmsal mühitin fərdlərin dünyagörüşünü, davranış modelini və mənəvi oriyentasiyalarını formalaşdıran əsas amillərdən biri olduğunu deyib.

Rəqəmsal mühit və informasiya cəmiyyətinin formalaşmasının bir tərəfdən müsbət cəhətini qeyd edən E.Mustafayev digər tərəfdən bəşəriyyəti müəyyən təhlükələrlə üz-üzə qoyduğunu bildirib: “Bu mənada çoxşaxəli informasiya vasitələri və bu vasitələrin yaratdığı geniş imkanlar, nəzarətdən çıxmış məlumatlar seli, məqsədli şəkildə yayılan dezinformasiyalar və yekun nəticə olaraq yaranmış xaotik vəziyyət və ideoloji təhdidlər həyəcan təbili çalmağa əsas verir. Bu mənada, rəqəmsal inkişafı yaxından izləmək və dərindən öyrənmək müasir insanın ən böyük vəzifələrindən biridir”.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin kiçik elmi işçisi Nazim Mənsimov çıxış edərək süni intellektin bu gün olduqca böyük əhəmiyyət qazanmış bir məsələ olduğunu deyərək, təkcə bizim ölkədə deyil, bütün dünyada diqqət mərkəzində olan bu mövzunun artıq reallığa çevrildiyini, bu reallığın özünün isə bizdən rəqabət tələb etdiyini qeyd edib. O, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nı və bu il fevralın 11-də Azərbaycan Prezidentinin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildiyini xatırladıb. Vurğulayıb ki, bu, təkcə dövlət orqanlarının rəhbərlərinə deyil, eyni zamanda, vətəndaş cəmiyyətinə rəqabətə qoşulmağa, dayanıqlılığı təmin etməyə, şəxsi inkişafa səsləyən bir mesajdır.

Dəyirmi masada süni intellektin elmə inteqrasiyasından danışan Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Asim Cənnətov bu gün artıq süni intellektin cəmiyyətin bütün sferalarına, eləcə də elmə sirayət etdiyini bildirib. Süni intellekt proqramlarının dünyanın nüfuzlu elmmetrik bazalarında yerləşən jurnallara da inteqrasiya olunduğunu deyən şərqşünas-alim süni intellektin verdiyi imkanlardan düzgün istifadənin bu elm sahəsində əldə olunan ümumi nəticəyə müsbət təsir göstərə biləcəyini qeyd edib.

Nərmin Mustafayeva

Xəbər Lenti

WUF13 Mərkəzi Rezervasiya Platforması təqdim edilib27.02.2026 - 19:44
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib27.02.2026 - 19:36
“Kurikulum sistemi gözlənilən nəticəni verirmi?” – Təhsil eksperti danışdı27.02.2026 - 19:30
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı olub27.02.2026 - 19:22
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb27.02.2026 - 19:16
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir27.02.2026 - 19:12
Mingəçevirdə şagirdlər məişət zorakılığı ilə bağlı maarifləndiriliblər27.02.2026 - 19:04
Şəhid qızı Sumqayıt məktəbinə direktor təyin edildi 27.02.2026 - 18:57
Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir27.02.2026 - 18:53
MEK görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayev haqqında virtual sərgi hazırlayıb27.02.2026 - 18:48
Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi – elmi seminar27.02.2026 - 18:43
Liv Bona Dea" Hospitalında ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi 27.02.2026 - 18:43
WUF13 Mərkəzi Rezervasiya Platforması açılıb27.02.2026 - 18:37
Təhsil haqqında qanuna dəyişikliklər edildi27.02.2026 - 18:35
"Xocalıya ədalət" videoçarxları Lüksemburqda 97 rəqəmsal ekranda yayımlanıb27.02.2026 - 18:35
WUF13-də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək27.02.2026 - 18:32
Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə aparılır27.02.2026 - 18:22
Elm və Təhsil Nazirliyi 18 milyonluq tender elan edir27.02.2026 - 18:20
Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub27.02.2026 - 18:14
Yazıçı İradə Aytel: “Yüz elektron kitab belə bir həqiqi kitabın yerini tutmaz”27.02.2026 - 18:13
Vyanada "Xocalı: Əsir Uşaqlıq" sənədli filmi nümayiş etdirilib27.02.2026 - 18:09
Musiqi fənni üzrə sertifikasiya mövzuları27.02.2026 - 18:04
University of Essex”də Xocalı qurbanlarının xatirəsi yad edilib27.02.2026 - 18:00
Honor dünyanın ən nazik Android planşetini təqdim etdi: “MagicPad 4”27.02.2026 - 17:58
Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib27.02.2026 - 17:56
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı olub27.02.2026 - 17:55
ABŞ-də süni intellekt qalmaqalı: "Anthropic" şirkəti Pentaqonun tələbini rədd etdi27.02.2026 - 17:55
2028-ci ilədək ali təhsil müəssisələrində aparılan 5 elmi-tədqiqat kommersiyalaşdırılacaq27.02.2026 - 17:52
Nevroloq Gülnarə Rüstəmzadə: Uzun müddət telefondan istifadə sinir sisteminə zərər verə bilər27.02.2026 - 17:50
Android telefonlarında Gemini dövrü başlayır: Yeni xüsusiyyətlər bunlardır27.02.2026 - 17:48
Folklor İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub27.02.2026 - 17:47
“Simurq” olimpiadasının qalibləri müəyyənləşib27.02.2026 - 17:45
Androiddə keş yaddaşını necə təmizləmək olar? - Telefon sürətlənir27.02.2026 - 17:44
BDU-da elmi ədəbiyyatın redaktəsinə dair debat təşkil edilib27.02.2026 - 17:43
Yazın ilk ayında havalar necə olacaq? - PROQNOZ27.02.2026 - 17:40
Tanınmış aşpazlar öz təcrübələrini şagirdlərlə bölüşüblər27.02.2026 - 17:37
“Narketing163” adlı qruplaşmanın dövlət və özəl qurumlara olan kiberhücumunun qarşısı alınıb27.02.2026 - 17:35
Finlandiyada Xocalı həftəsi27.02.2026 - 17:33
Xocalı faciəsinin qurbanları Ər-Riyadda yad edilib27.02.2026 - 17:30
Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb27.02.2026 - 17:28
Bu 2 xəstəliyi olanlar kivi yesin27.02.2026 - 17:26
Milli İncəsənət Muzeyində “Qarabağnamə” sənədli filmi nümayiş olunub27.02.2026 - 17:23
Mərakeşin paytaxtında Xocalı soyqırımı ilə bağlı sərgi keçirilib27.02.2026 - 17:20
Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb27.02.2026 - 17:18
Hər bir dövlət qurumunda süni intellektlə bağlı müavin təyin olunacaq27.02.2026 - 17:15
Serdar Çam: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir27.02.2026 - 17:13
MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var27.02.2026 - 17:10