“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azər-Türk Gənclər” Təşkilatının və Finlandiya Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşəbbüsü ilə bu ölkədə silsilə tədbirlər keçirilir.
Dövlət Komitəsindən “Tehsil365"ə bildirilib ki, Finlandiyanın müxtəlif şəhərlərində 70-ə yaxın avtobusda yerləşdirilən 150 monitorda 7 gün müddətində “Xocalı yaddaşlarda” (“Khojaly in Memory”) adlı videoçarx yayımlanacaq.

