“iPhone” smartfonları və “iPad” planşeti NATO-nun məxfi məlumatlarla işləmək üçün sertifikatlaşdırdığı ilk istehlakçı cihazları olub.
“ Tehsil365“ Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Apple” şirkəti məlumat yayıb.
“iPhone” və “iPad” informasiya təhlükəsizliyi sahəsində NATO ölkələrinin tələblərinə cavab verən ilk və yeganə istehlakçı cihazlarıdır. Bu, “iPhone” və “iPad”in xüsusi proqram təminatı və parametrlərə ehtiyac olmadan məhdud girişli məlumatlar da daxil olmaqla, məxfi məlumatlarla işləmək üçün istifadəsinə imkan verir. Bundan əvvəl heç bir istehlakçı mobil cihazı belə səviyyəli hökumət sertifikatı almamışdı”, - “Apple” şirkətinin saytında dərc edilmiş bəyanatda deyilir.

