Təhsil 365 - Logo Mobile

WUF13-də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək

7327.02.2026 - 18:32
WUF13-də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülmüş işlərə dair media brifinq keçirilib.

“Tehsil365" xəbər verir ki, brifinq iştirakçılarına sessiyaya hazırlıq prosesi çərçivəsində həyata keçirilən işlərə dair ən son məlumatlar, WUF13 saytı və mərkəzləşdirilmiş rezervasiya platforması təqdim olunub.

Media brifinqdə WUF13-ün Milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək bildirib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması vahid strateji yanaşmanın tərkib hissəsidir. Bu təşəbbüslər ölkənin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, WUF13 sadəcə bəyannamələr platforması deyil, mənzil təminatı və şəhər dayanıqlılığı sahəsində icra, tərəfdaşlıq və konkret addımlara yönəlmiş bir forum olacaq.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna toxunaraq bildirib ki, tədbir çərçivəsində əsas diqqət təxminən 3 milyard nəfəri əhatə edən qlobal mənzil böhranına yönəldiləcək.

O, 2026-cı ilin qlobal şəhərsalma gündəliyi baxımından xüsusi əhəmiyyətini də qeyd edib: “Bu il Ümumdünya Şəhərsalma Forumu sadəcə bir konfrans olmayacaq. Biz Yeni Şəhərsalma Gündəliyinin 10 illiyini qeyd etməklə yanaşı, DİM11-in dayanıqlı şəhərlər və icmalar üzrə irəliləyişini də nəzərdən keçirəcəyik. Bu, həyata keçirdiyimiz işlərin cari vəziyyətini qiymətləndirmək və gedişatı sürətləndirmək üçün imkan yaradacaq”.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın WUF13 kimi qlobal tədbirlərin təşkilatçılığı üzrə geniş işgüzar turizm təcrübəsinə malik olduğunu, turizm sənayesinin, o cümlədən hotellərin qonaqları qarşılamağa hazır olduğunu bildirib. O qeyd edib ki, yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması üzrə, eləcə də yerləşmə vasitələrindəki və müstəqil fəaliyyət göstərən iaşə obyektləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Kənan Quluzadə, həmçinin WUF13 çərçivəsində agentlik tərəfindən “İrs məskənlərinin icmayönümlü turizm vasitəsilə transformasiyası” mövzusunda panel sessiyanın təşkili və sərgi zonasında milli turizm stendinin qurulması haqqında məlumat verib.

WUF13 tədbirinə hazırlıq çərçivəsində aparılan əsas əməliyyatları, eləcə də rəsmi məkan olan Bakı Olimpiya Stadionunda həyata keçirilən tikinti və quraşdırma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Media brifinqində rəsmi www.wuf13.az saytı təqdim edilib. Azərbaycan və ingilis dillərində hazırlanmış sayt 2026-cı ilin may ayında Bakıda keçiriləcək qlobal tədbirə qatılmaq istəyənlər üçün əsas bələdçi funksiyasını yerinə yetirəcək.

Sayt istifadəçilərə WUF13 tədbiri, viza prosedurları, yerləşmə və nəqliyyatla bağlı vacib logistika məlumatlarını əldə etmək imkanı yaradır, eyni zamanda, Azərbaycanın zəngin mədəni irsini və şəhərsalma tarixini təqdim edən interaktiv rəqəmsal resurs rolunu oynayır. Ziyarətçilər “Tarixi izimiz” (Our Urban Trace) bölməsində ölkəmizin şəhərsalma tarixi ilə tanış ola, “Azərbaycan xəzinələri” (Treasures of Azerbaijan) bölməsində isə Azərbaycanın memarlığı, milli mətbəxi və təbiəti haqqında ətraflı məlumat əldə edə bilərlər.

Məlumat verilib ki, internet səhifəsi istifadənin əlçatanlığı üçün inklüzivlik standartlarına əsaslanaraq həm ümumi, həm də fiziki məhdudiyyətli istifadəçilərimiz üçün xüsusi əlçatanlıq funksiyalarını özündə birləşdirir. Brifinq zamanı ölkəyə səfər edəcək tədbir iştirakçıları üçün müxtəlif qonaqlama imkanlarını təqdim edən WUF13-ün rəsmi mərkəzi rezervasiya platforması - https://accommodation.wuf13.az/ nümayiş olunub.

Platforma iştirakçılara əlavə xərc tələb etmədən səfərlərini asanlıqla planlaşdırmaq imkanı yaradır. Burada sabit qonaqlama qiymətləri, hava limanından qarşılama və yolasalma xidmətləri, eləcə də gündəlik transferlərin təşkili təmin olunur. Mərkəzi rezervasiya platforması 1 ulduzlu hotellərdən 5 ulduzlu hotellərə və kirayə mənzillərə qədər hər büdcəyə uyğun geniş seçimlər təqdim edir. Hazırda platformada 60-dan çox hotel və qonaqlama məkanları mövcuddur.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə bağlı ətraflı məlumatı www.wuf13.az veb-səhifəsindən almaq olar. Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda mayın 17–22-də Bakıda keçiriləcək. Bu tədbir vasitəsilə iştirakçılar bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edəcəklər.

Nərmin Mustafayeva

Xəbər Lenti

WUF13 Mərkəzi Rezervasiya Platforması təqdim edilib27.02.2026 - 19:44
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib27.02.2026 - 19:36
“Kurikulum sistemi gözlənilən nəticəni verirmi?” – Təhsil eksperti danışdı27.02.2026 - 19:30
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı olub27.02.2026 - 19:22
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb27.02.2026 - 19:16
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir27.02.2026 - 19:12
Mingəçevirdə şagirdlər məişət zorakılığı ilə bağlı maarifləndiriliblər27.02.2026 - 19:04
Şəhid qızı Sumqayıt məktəbinə direktor təyin edildi 27.02.2026 - 18:57
Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir27.02.2026 - 18:53
MEK görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayev haqqında virtual sərgi hazırlayıb27.02.2026 - 18:48
Liv Bona Dea" Hospitalında ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi 27.02.2026 - 18:43
Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi – elmi seminar27.02.2026 - 18:43
WUF13 Mərkəzi Rezervasiya Platforması açılıb27.02.2026 - 18:37
"Xocalıya ədalət" videoçarxları Lüksemburqda 97 rəqəmsal ekranda yayımlanıb27.02.2026 - 18:35
Təhsil haqqında qanuna dəyişikliklər edildi27.02.2026 - 18:35
Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə aparılır27.02.2026 - 18:22
Elm və Təhsil Nazirliyi 18 milyonluq tender elan edir27.02.2026 - 18:20
Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub27.02.2026 - 18:14
Yazıçı İradə Aytel: “Yüz elektron kitab belə bir həqiqi kitabın yerini tutmaz”27.02.2026 - 18:13
Vyanada "Xocalı: Əsir Uşaqlıq" sənədli filmi nümayiş etdirilib27.02.2026 - 18:09
Musiqi fənni üzrə sertifikasiya mövzuları27.02.2026 - 18:04
University of Essex”də Xocalı qurbanlarının xatirəsi yad edilib27.02.2026 - 18:00
Honor dünyanın ən nazik Android planşetini təqdim etdi: “MagicPad 4”27.02.2026 - 17:58
Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edib27.02.2026 - 17:56
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı olub27.02.2026 - 17:55
ABŞ-də süni intellekt qalmaqalı: "Anthropic" şirkəti Pentaqonun tələbini rədd etdi27.02.2026 - 17:55
2028-ci ilədək ali təhsil müəssisələrində aparılan 5 elmi-tədqiqat kommersiyalaşdırılacaq27.02.2026 - 17:52
Nevroloq Gülnarə Rüstəmzadə: Uzun müddət telefondan istifadə sinir sisteminə zərər verə bilər27.02.2026 - 17:50
Android telefonlarında Gemini dövrü başlayır: Yeni xüsusiyyətlər bunlardır27.02.2026 - 17:48
Folklor İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub27.02.2026 - 17:47
“Simurq” olimpiadasının qalibləri müəyyənləşib27.02.2026 - 17:45
Androiddə keş yaddaşını necə təmizləmək olar? - Telefon sürətlənir27.02.2026 - 17:44
BDU-da elmi ədəbiyyatın redaktəsinə dair debat təşkil edilib27.02.2026 - 17:43
Yazın ilk ayında havalar necə olacaq? - PROQNOZ27.02.2026 - 17:40
Tanınmış aşpazlar öz təcrübələrini şagirdlərlə bölüşüblər27.02.2026 - 17:37
“Narketing163” adlı qruplaşmanın dövlət və özəl qurumlara olan kiberhücumunun qarşısı alınıb27.02.2026 - 17:35
Finlandiyada Xocalı həftəsi27.02.2026 - 17:33
Xocalı faciəsinin qurbanları Ər-Riyadda yad edilib27.02.2026 - 17:30
Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb27.02.2026 - 17:28
Bu 2 xəstəliyi olanlar kivi yesin27.02.2026 - 17:26
Milli İncəsənət Muzeyində “Qarabağnamə” sənədli filmi nümayiş olunub27.02.2026 - 17:23
Mərakeşin paytaxtında Xocalı soyqırımı ilə bağlı sərgi keçirilib27.02.2026 - 17:20
Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb27.02.2026 - 17:18
Hər bir dövlət qurumunda süni intellektlə bağlı müavin təyin olunacaq27.02.2026 - 17:15
Serdar Çam: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir27.02.2026 - 17:13
MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var27.02.2026 - 17:10
Süni intellekt və rəqəmsal inkişaf istiqamətində perspektivlərə gənclərin münasibəti - dəyirmi masa27.02.2026 - 17:08