Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tender elan edib.
“Tehsil365” Oxu.Az-a istinadla xəbər verir ki, tender çərçivəsində təhsil müəssisələri üçün mebel, idman inventarlarının və digər malların satın alınması nəzərdə tutulub.
Nazirlik bu məqsədlə ümumilikdə 18 milyon 9 min 868 manat ödəməyi planlaşdırır.

