Liv Bona Dea" Hospitalında sümük iliyi transplantasiyası ilk dəfə uğurla həyata keçirilib. İcbari tibbi sığorta çərçivəsində tam ödənişsiz icra olunan bu mürəkkəb tibbi proses bir xəstə üçün yenidən həyata bağlanmaq, ailəsi üçün isə ümid demək olub.
“Tehsil365” xəbər verir ki, uzunmüddətli hazırlıq və diqqətli tibbi yanaşma tələb edən əməliyyat hematoloq həkimlər, tibb personalı və dəstək komandası arasında qurulan güclü əməkdaşlıq, beynəlxalq standartlara uyğun sertifikasiyaya malik müasir avadanlıq və infrastruktur sayəsində mümkün olub. Prosesin hər mərhələsində qərarlar tibbi protokollara və elmi əsaslara uyğun şəkildə verilib.
Bu uğur özəl tibb müəssisəsində yüksəkixtisaslı transplantasiya xidmətinin mümkünlüyünü göstərir, xəstələr üçün ölkə daxilində əlçatan müalicə imkanlarını genişləndirir və icbari tibbi sığortanın ağır və yüksəkmaliyyətli prosedurları da əhatə etdiyini bir daha təsdiqləyir.

