Təhsil 365 - Logo Mobile

Kainatın ən böyük ulduzlarından biri partlaya bilər

9228.02.2026 - 07:13
Kainatın ən böyük ulduzlarından biri partlaya bilər

Kainatda məlum ən böyük ulduzlardan biri olan “WOH G64” kəskin dəyişikliklərə məruz qalıb. Ehtimal olunur ki, partlayış baş verə bilər. Afina Milli Rəsədxanasından Qonsalo Munyosa-Sançesin rəhbərlik etdiyi beynəlxalq astronomlar qrupu bu nəticəyə gəlib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tədqiqat “Nature Astronomy” jurnalında dərc edilib.

“WOH G64” Süd yolu qalaktikasının cırtdan peyk qalaktikası olan Böyük Magellan Buludunda yerləşir və Yerdən təxminən 160 min işıq ili uzaqdadır. Ulduz 1970-ci illərdə kəşf olunub. Onun radiusu Günəşin radiusundan 1500 dəfə çoxdur. 2024-cü ildə o, qalaktikamızdan kənarda detallı şəkildə fotosu çəkilən ilk ulduz olub. Bu, Avropa Cənub Rəsədxanasının “Very Large Telescope” interferometri vasitəsilə mümkün olub. Şəkillərdə ulduzun ətrafında sıx toz örtüyü görünür ki, bu da onun aktiv şəkildə kütlə itirdiyini göstərir.

Yeni tədqiqatın müəllifləri bildirirlər ki, “WOH G64” 2014-cü ildə qırmızı supernəhəng mərhələsindən daha nadir və qeyri-sabit bir vəziyyətə — sarı hipernəhəng mərhələsinə keçib. Onların fikrincə bu, ulduzun xarici qatlarını sürətlə itirdiyini və qısa həyatının son mərhələsinə daxil olduğunu göstərə bilər.

“WOH G64” ulduzunun yaşı 5 milyon ildən az qiymətləndirilir. Müqayisə üçün Günəşin yaşı təxminən 4,6 milyard ildir. Lakin kütləsi böyük olan ulduzlar daha az yaşayır. Onlar termonüvə yanacağını çox sürətlə sərf edir və təkamül mərhələlərini bir neçə milyon il ərzində keçir.

Tədqiqatçılar hesab edirlər ki, “WOH G64” ulduzunun xüsusiyyətlərində baş verən kəskin dəyişiklik onun xarici örtüyünün böyük hissəsini kosmosa atması ilə bağlı ola bilər. Ehtimal olunan səbəblərdən biri digər ulduzla qarşılıqlı təsirdir. Digər nəzəriyyə isə “superkülək” mərhələsi ilə bağlıdır.

Partlayışın dəqiq nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Əgər “WOH G64” yaxın gələcəkdə partlasa bu, Süd yolu qalaktikasından kənarda yerləşən nəhəng ulduzun məhv olmasının nadir müşahidəsi olacaq və alimlərə ən böyük ulduzların təkamülünün son mərhələlərini daha yaxşı anlamağa imkan verəcək.

Mehriban İbadova

Xəbər Lenti

34 sm qar yağıb - Faktiki hava28.02.2026 - 08:55
"Nadir xəstəliklər təkcə tibbi deyil, həm də sosial məsələdir" - Problem üzrə vahid baza yaradıla bilər28.02.2026 - 08:49
ADA Universitetində xaricdə təhsil alan məzunlar üçün karyera sərgisi keçirilib28.02.2026 - 08:41
Bu şorbalar sağlamlıq üçün təhlükəlidir28.02.2026 - 08:35
Rəqəmsal transformasiya müasir dövlətlərin iqtisadi və sosial inkişaf strategiyalarında həlledici rol oynayır - Şərh28.02.2026 - 08:30
Azərbaycanda nadir xəstəliklərin tam epidemioloji mənzərəsi dəqiqləşmə mərhələsindədir28.02.2026 - 08:21
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub28.02.2026 - 08:16
Albaniyada "TikTok"a qoyulan birillik qadağa aradan qaldırıldı28.02.2026 - 08:10
Fevralın 28-də "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 08:06
Hansı hallarda limon sağlamlığa zərər verə bilər?28.02.2026 - 08:00
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 07:56
Saç tökülməsi xəstəliyin siqnalı ola bilər28.02.2026 - 07:50
Rəqəmsal sahədə idarəetmə Birinci vitse-prezident səviyyəsinə yüksəldi - Detallar28.02.2026 - 07:46
Onlar universitetdə pulsuz oxuyacaq28.02.2026 - 07:40
Veyp çəkmək ölüm riskini artırır: orqan çatışmazlığına aparan təhlükə28.02.2026 - 07:32
Folker Türk: Dünya təhlükəli istiqamətdə irəliləyir28.02.2026 - 07:26
NASA “Artemis 3” missiyası çərçivəsində Aya enişi ləğv edib28.02.2026 - 07:20
Braziliya mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş məqalə dərc edilib28.02.2026 - 07:09
Varşavada “Nabat” filmi nümayiş olunub28.02.2026 - 07:05
Nyuarkda birinci nəsil kollec tələbələri üçün karyera hazırlığı proqramları genişlənir28.02.2026 - 07:00
ABŞ-da müəllim hazırlığına federal dəstək üçün Konqresdən böyük sərmayə tələb olunur28.02.2026 - 06:36
Konnektikutda mobil telefon qadağası müzakirəsi: ştat səviyyəsində qərar gözlənilir28.02.2026 - 06:18
ABŞ dövlət kolleclərində sağçı vətəndaş mərkəzləri kurslar təklif edir28.02.2026 - 06:00
Apelyasiya Məhkəməsi özəl məktəb ödənişlərinə ƏDV tətbiqi ilə bağlı etirazı rədd edib28.02.2026 - 05:42
1992-ci ildə Azərbaycan, ABŞ və Hindistan arasında diplomatik əlaqələr quruldu28.02.2026 - 05:18
2020-ci ildə Azərbaycanda ilk dəfə COVID-19 qeydə alındı28.02.2026 - 05:06
1995-ci ildə Azərbaycan və Nepal arasında diplomatik əlaqələr quruldu28.02.2026 - 04:54
Nəzakət Məmmədova — unudulmaz sənətkarın xatirəsi28.02.2026 - 04:36
Rəşid Məmmədbəyov — Olimpiya medalı qazanan ilk azərbaycanlı28.02.2026 - 04:18
Ənvər Qafar oğlu Məmmədxanlı — Azərbaycan ədəbiyyatının görkəmli siması28.02.2026 - 04:00
WUF13 Mərkəzi Rezervasiya Platforması təqdim edilib27.02.2026 - 19:44
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib27.02.2026 - 19:36
“Kurikulum sistemi gözlənilən nəticəni verirmi?” – Təhsil eksperti danışdı27.02.2026 - 19:30
Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı olub27.02.2026 - 19:22
Londonda azərbaycanlı rəssamların sərgisi açılıb27.02.2026 - 19:16
İrəvan Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşanın məşqləri davam edir27.02.2026 - 19:12
Mingəçevirdə şagirdlər məişət zorakılığı ilə bağlı maarifləndiriliblər27.02.2026 - 19:04
Şəhid qızı Sumqayıt məktəbinə direktor təyin edildi 27.02.2026 - 18:57
Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir27.02.2026 - 18:53
MEK görkəmli ədəbiyyatşünas və tənqidçi Yaşar Qarayev haqqında virtual sərgi hazırlayıb27.02.2026 - 18:48
Süni intellekt və rəqəmsal texnologiyaların kimyada tətbiqi – elmi seminar27.02.2026 - 18:43
Liv Bona Dea" Hospitalında ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi 27.02.2026 - 18:43
WUF13 Mərkəzi Rezervasiya Platforması açılıb27.02.2026 - 18:37
Təhsil haqqında qanuna dəyişikliklər edildi27.02.2026 - 18:35
"Xocalıya ədalət" videoçarxları Lüksemburqda 97 rəqəmsal ekranda yayımlanıb27.02.2026 - 18:35
WUF13-də əsas diqqət qlobal mənzil böhranına yönəldiləcək27.02.2026 - 18:32
Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə aparılır27.02.2026 - 18:22