Təhsil 365 - Logo Mobile

Rəqəmsal transformasiya müasir dövlətlərin iqtisadi və sosial inkişaf strategiyalarında həlledici rol oynayır - Şərh

9428.02.2026 - 08:30
Rəqəmsal transformasiya müasir dövlətlərin iqtisadi və sosial inkişaf strategiyalarında həlledici rol oynayır - Şərh

Bu gün rəqəmsal texnologiyaların tətbiqi yalnız texnoloji yeniliklərdən ibarət deyil, həm də dövlət idarəetməsinin səmərəliliyini artıran, şəffaflığı gücləndirən və vətəndaşların rifahını yüksəldən strateji hədəfli bir prosesdir.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu açıqlamasında politoloq, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, rəqəmsal transformasiya yalnız texnologiyanın tətbiqi ilə məhdudlaşmır, həm də bütün dünyada təşkilati mədəniyyətin, idarəetmə metodlarının və koordinasiya mexanizmlərinin dərindən dəyişməsinə səbəb olur.

“Aparıcı ölkələrin təcrübəsi onu göstərir ki, rəqəmsal transformasiyanın uğurunu təmin edən əsas institusional mexanizm mərkəzi koordinasiya strukturu ilə idarə olunmasıdır. Belə orqanlar dövlət strategiyası ilə sinxronlaşdırılmış layihələr həyata keçirir ki, bu da rəqəmsal xidmətlərin qarşılıqlı inteqrasiyasını təmin etməklə nəticədə dövlət resurslarının effektiv istifadəsinə səbəb olur”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə yardılmış Rəqəmsal İnkişaf Şurası bu sahədə əsas institusional koordinasiya mərkəzi kimi nəzərdə tutulur. Bütün dünyada olduğu kimi, Azərbaycan da rəqəmsal transformasiya üçün milli səviyyədə vahid koordinasiya strukturu yaratmaqla rəqəmsal strategiyaların icrasında səmərəliliyi artırmağı hədəfləyib.

Ekspert qeyd edib ki, fəaliyyət planı ilə bağlı sənədin təhlili Rəqəmsal İnkişaf Şurasının əsas fəaliyyət istiqamətlərindən birinin rəqəmsal transformasiyanın milli strateji planlaşdırma olacağını göstərir. Şuranın kordinasiya etdiyi milli rəqəmsal inkişaf konsepsiyası, süni intellekt strategiyası Azərbaycan dövlətini yeni idarəetmə səviyyəsini keçirəcək. Çünki süni intellekt və məlumatların idarə edilməsi siyasətinin prioritet istiqamət kimi müəyyən edilməsi rəqəmsal iqtisadiyyatın və rəqəmsal dövlət xidmətlərinin inkişafında mühüm rol oynayacaq. Süni intellekt texnologiyaları yalnız dövlət xidmətlərinin avtomatlaşdırılmasını təmin etmir, həm də proqnozlaşdırma, informasiya aktivlərinin optimallaşdırılması və idarəetmənin səmərəli həyata keçirilməsinə imkan yaradır.

Amma burda əsas hədəf, milli hədəflərin proseslərin nüvəsinə yerləşdirilməsinə nail olmaqdır. Təcrübə göstərir ki, bu istiqamətlərin prioritetləşdirilməsi dövlət xidmətlərinin keyfiyyətini yüksəldir və vətəndaşlar üçün daha əlçatan edir.

“Rəqəmsal İnkişaf Şurası koordinasiya mexanizmləri dövlət büdcəsi və insan resurslarının optimal bölüşdürülməsini təmin edəcək, artıq təkrarlanan layihələrin qarşısını almaqla resursların səmərəli istifadəsinə şərait yaradacaq. Rəqəmsal xidmətlərin inteqrasiyası və idarə olunması dövlət xidmətlərinin şəffaf, əlçatan və nəticəyönümlü etməklə səmərəliliyi artıracaq. Belə institusional model, dövlət idarəçiliyində strateji, təşkilati və icraya nəzarət funksiyalarını birləşdirən əsas platforma olacaq.

Azərbaycan üçün bu yanaşma dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə və rəqəmsal transformasiyanın məqsədyönlü şəkildə reallaşdırılmasına güclü hüquqi və institusional zəmin yaradır”, - deyə Yeganə Hacıyeva əlavə edib.

Mehriban İbadova

Xəbər Lenti

2012-ci ildə Qubada baş verən iğtişaşlar01.03.2026 - 06:36
Hicran Hüseynov – Azərbaycan efir məkanının unudulmaz səsi01.03.2026 - 06:18
Lütviyyə Səfərova – Azərbaycan səhnəsinin tanınmış siması01.03.2026 - 06:00
Kamil Əliyev – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:42
Qəzənfər Xalıqov – Azərbaycan peşəkar rəssamlığının öncüllərindən01.03.2026 - 05:18
Cahan Talışinskaya – muğam sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:06
Milad Beygi – Olimpiya mükafatçısı və beynəlxalq turnirlərin qalibi01.03.2026 - 04:54
Hamlet İsaxanlı – elm və ədəbiyyatı birləşdirən polimat01.03.2026 - 04:36
Voyager qızıl plastinkasına düşən azərbaycanlı musiqiçi – Kamil Cəlilov01.03.2026 - 04:18
Elmira Qafarova – Müstəqillik dövrünün ilk qadın parlament sədri01.03.2026 - 04:00
Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30
Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib28.02.2026 - 17:27
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:20
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 17:16
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:09
“Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri”28.02.2026 - 17:02
ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində28.02.2026 - 16:55
Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib28.02.2026 - 16:46
İrana qarşı kütləvi kiberhücum başladı28.02.2026 - 16:38
Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət28.02.2026 - 16:36
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?28.02.2026 - 16:00
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Abşeronda regional təhsil konfransı keçirilib28.02.2026 - 15:30
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20