Təhsil 365 - Logo Mobile

ADA Universitetində xaricdə təhsil alan məzunlar üçün karyera sərgisi keçirilib

10028.02.2026 - 08:41
ADA Universitetində xaricdə təhsil alan məzunlar üçün karyera sərgisi keçirilib

Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə ADA Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" məzunları üçün "Qlobal təhsildən milli inkişafa" adlı karyera sərgisi keçirilib.

“Tehsil365” Report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, deputat Fariz İsmayılzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, eləcə də tələbələr iştirak ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb:

"Xaricdə təhsilə dair Dövlət Proqramı Azərbaycanda rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə ölkənin gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur".

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də, öz növbəsində, Dövlət Proqramı məzunlarının əmək bazarında rəqabət üstünlüyünə malik olduqlarını bildirib və onlar üçün yaradılan əlverişli məşğulluq perspektivlərindən söz açıb.

Rəsmi hissənin ardınca karyera sərgisi açıq elan olunub.

Sərgidə 40-dan çox nüfuzlu dövlət və özəl qurumu təmsil olunub. Məzunlar birbaşa işəgötürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.

Mehriban İbadova

Xəbər Lenti

Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib02.03.2026 - 18:40
Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40
Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur02.03.2026 - 17:33
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?02.03.2026 - 17:30
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq02.03.2026 - 17:28
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı02.03.2026 - 17:22
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb02.03.2026 - 17:20
Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib02.03.2026 - 17:15
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 02.03.2026 - 17:13
Ay Yerdən uzaqlaşır və günün uzunluğunu dəyişir02.03.2026 - 17:10
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb02.03.2026 - 17:10
Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri – elmi seminar02.03.2026 - 17:08
“Məktəbəqədər təhsilin əsas prioritetləri nələr olmalıdır?” – Ekspert açıqladı02.03.2026 - 17:05
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 17:00
RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?02.03.2026 - 16:55
Hansı qidalar daha faydalıdır?02.03.2026 - 16:50
Bazarda ən yaxşı batareya ömrü olan smartfon: iPhone 17 Pro Max-ı məhv etdi02.03.2026 - 16:45
Sabah yağış yağacaq - PROQNOZ02.03.2026 - 16:40
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 16:35
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15
Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə... - Valideynlərə xəbərdarlıq02.03.2026 - 16:10
Neft və Sənaye Universiteti Said Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində müsabiqə elan edir02.03.2026 - 16:00
"Qanlı Ay" hadisəsi nə zaman baş verəcək? - Tarix açıqlandı02.03.2026 - 15:50
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir02.03.2026 - 15:40
Ölçülən elm və real təsir: elmi inkişafın zənciri02.03.2026 - 15:30
Texas mətbuatı Xocalı soyqırımından yazdı02.03.2026 - 15:20
Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır02.03.2026 - 15:11
Azərbaycan Mədəniyyəti Sosial Platforması Comelson İnnovasiya Forumunda uğurla iştirak etdi02.03.2026 - 15:00
BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər - FOTOLAR02.03.2026 - 14:55
“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər. - FOTO02.03.2026 - 14:43
BDU tələbələrinə Con Hopkins Universitetinin PFA modeli tədris olunub - FOTO02.03.2026 - 14:32
“Dünya yaddaşı: Əlyazma irsi” – elmi seminar - FOTO02.03.2026 - 14:21
BDU-da Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur - FOTO02.03.2026 - 14:10