Tailandın paytaxtı Banqkokdakı Çulalonqkorn Universitetində “AQEM xiyabanı: Asiyada çoxtərəfli əməkdaşlıq və dayanıqlı inkişaf naminə ağacəkmə” adlı tədbir keçirilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Ölkəmizin Tailanddakı səfirliyindən bildiriblər ki, tədbirdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kairat Sarybay, Çulalonqkorn Universitetinin prezidenti professor Vilert Purivat, bir sıra AQEM üzvü olan ölkələrinin Banqkokdakı səfirləri iştirak ediblər.
Səfir Elçin Bəşirov tədbirdə çıxış edərək Azərbaycanın AQEM sədrliyinin prioritetləri, strateji hədəflərə nail olunması və AQEM-in beş ölçüsü üzrə bu qurumun səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, ətraf mühit ölçüsü və dayanıqlı inkişaf məsələsi Azərbaycanın AQEM sədrliyinin gündəliyində mühüm yer tutur və bu sahədə səylər bundan sonra da davam etdiriləcək.
Sonda tədbir iştirakçıları Çulalonqkorn Universitetinin parkında AQEM üzvlərinin sayına uyğun olaraq ağaclar əkiblər.

