İran Təhsil Nazirliyi ölkədə baş verən vəziyyətlə bağlı məlumat yayıb.
“Tehsil365" AzEdu.az istinadən xəbər verir ki, məlumata əsasən İranda bütün məktəblər qubernatorlar və Təhlükəsizlik Şurası ilə razılaşdırılmaqla bağlanacaq və təhsil məsafədən (onlayn) şəkildə davam etdiriləcək.
Nazirlik həmçinin müəllimlərdən və məktəb rəhbərliklərindən dərslərin keyfiyyətli və fasiləsiz şəkildə aparılmasını, valideynlərdən isə uşaqların onlayn təhsilə cəlb olunmasını təmin etmələrini xahiş edib.
Məqsəd şagirdlərin təhsil prosesinin kəsilmədən davam etməsi və onların təhlükəsizliyinin qorunmasıdır.

