Qarabağ Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsi keçirilib.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə keçirilən yarımfinal mərhələsində ümumilikdə 232 şagird iştirak edib.
Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə iştirakçılarının nəticələri portal.edu.az platforması vasitəsilə elan olunacaq.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinin keçirilməsində əsas məqsəd istedadlı və xüsusi akademik göstəriciləri ilə fərqlənən şagirdlərin aşkar olunması, onların fənlər üzrə dərin bilik və bacarıqlarının qiymətləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və şagirdlərin final mərhələsinə seçiminin obyektiv meyarlar əsasında təmin edilməsidir.

